BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.

BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.

BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.

BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı. Drammatik hadisələrə şahid olduğumuz 3-cü turda 16 komandanın turnirdəki mübarizəsi sona çatdı. 1 və 2- ci yer tutan 16 komanda ilə yolumuza davam edirik.Oyunlardakı nəticələr və qrupların vəziyyəti ilə tanış olaq.

A qrupu.

A qrupunda, növbəti mərhələni təmin edən Asapes komandası ilə İndustrial FC komandası qarşı-qarşıya gəldi.İndustrialın qrupdan çıxması üçün rəqibindən minimum 1 xal alması gərəkirdi. Güclü rəqibinə qarşı mübarizə aparan İndustrial FC komandası meydandan 1 xalla ayrıla bildi və oyun 2-2 hesabı ilə başa çatdı.Digər oyunda qrupda qalması dəqiqləşən Shah FC komandası ilə qələbəyə ehtiyacı olan Black Diamond komandaları üz-üzə gəldi. Blcak Diamond rəqibini 9-1 məğlub edib averaj üstünlüyünü öz xeyrinə dəyişsə də İndustrial FC-nin aldığı 1 xal Black Diamondu qrupda saxladı. 
B qrupu

Qalmaqallı hadisələrlə yadlarda qalan B qrupunda son oyunlar nəfəsləri kəsdi. Xalları sıfırlanan Sailors komandasının qrupdan çıxması üçün rəqibi Əbədi Birlik Komandasını böyük hesabla məğlub etməsi, digər tərəfdən Nerazzurri komandasının Xəzəf FK-nı məğlub etməsi gərəkli idi. Xəzər FK  4-2 məğlub olsa da, Sailors -Əbədi Birlik oyunu 5-4 Sailors komandasının xeyrinə başa çatdığı üçün Xəzər FK qrup ikincisi, Nerazzurri komandası qrup lideri kimi növbəti mərhələyə keçdi.

C qrupu

Günün ən maraqlı və kritik oyunlarında biri C qrupunda oynanıldı. Qrupun lideri Medicals komandası ilə qələbəyə ehtiyacı olan Qırmızı Şeytanlar arasında baş tutan oyun sərt və bərabər mübarizə şəraitində keçdi. Qırmızı Şeytanlar favorit rəqibi qarşısında son ana qədər ruhdan düşmədilər və oyunun axırlarına yaxın oyunun ən yaxşılarından Mirzənin vurduğu qolla qələbə qazandılar. Bu nəticələrə görə Medicals qrup lideri kimi, Qırmızı Şeytanlar qrup ikincisi kimi 1/8 yüksəldilər.

D qrupu

D qrupunun son oyunlarında 4US-Logistas, PMA FK-Young Ballers komandaları üz-üzə gəldilər. PMA FK rəqibini 5-3 məğlub edərək qrupdan çıxma ümidlərini 4US -ın fərqli qələbəsinə saxladı. Amma Logistas komandası fərqli məğlubiyyətə icazə vermədi, 4US 2-0 hesabı ilə oyunda qalib ayrılarkən, 4US qrup lideri kimi, Logistas qrup ikincisi kimi mübarizələrini davam etdirəcəklər.

E qrup

E qrupunda günün ilk oyununda Old boys-Xarıbülbül komandaları qarşı-qarşıya gələcəkdi. Xarıbülbül komandası oyuna gəlmədikləri üçün Old boys qalibiyyət aldı və 9 xalla qrup lideri kimi növbəti mərhələyə adladı. Qrupun digər oyununda Cyber MFC Lokomativ Baku-nu 3-2 məğlub edərək 1/8 yüksəldi.

F qrupu

F qrupunda Oğuz Edu FK-Kuley United oyununda, rəqib oyuna gələ bilmədiyi üçün Oğzu Edu FK qalib hesab olundu. Digər oyunda isə Eagles komandası bərabər hücumlar şəraitində keçən oyunda Black Mamba komandasını 9-3 məğlub etdi və qrup lideri kimi növbəti mərhələyə adladı.

G qrupu

G qrupunda ilk 2 oyundan qalib ayrılan Elitar FC, 5 nəfərlə oynamasına baxmayaraq Mardakan FC komandasını 10-6 məğlub edərək 3 də 3 etdi və 1/8 yüksəldi. Qrupun digər oyununda Kətə FC ,Aesir komandasını 6-1 məğlub edərək  6 xalla 1/8 yüksələn ikinci komanda oldu.

H qrupu

H qrupunda Kuley City-Donanma Fk oyunu uzunmüddət yaddaşlardan qalacaq bir oyun oldu. 1 qol fərqi komandalardan birini növbəti mərhələyə aparırdı. Bərabər mübarizə şəraitində keçən oyun 5-5 hesabı ilə bitdi və Donanma FK  qrup ikincisi olaraq 1/8 yüksəldi. Qrupun digər oyununda , qrup lideri Black Bulls, iddiası qalmayan Goal Diggers komandasını 8-2 məğlub edərək 9 xalla 1/8 mərhələsinə vəsiqə qazandı.

Turnirin 1/8 mərhələsinə yüksələn bütün komandalara növbəti oyunlarda uğurlar arzu edirik.

 


Müəllif : Ağayev Nurlan

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019
BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019
QOLAT Sport Service olaraq yalnız tələbələr arasında keçiriləcək mini futbol turnirimizi sizlərə təqdim etmək istəyirik. QOLAT tərəfindən həyata keçiriləcək növbəti...
II Bizon Student Cup
BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.
BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.
BİZON Energy-nin sponsorluğu , QOLAT Sport Services-in təşkilatçılığı  ilə baş tutan  BİZON Student Cup II həyəcanına 1-ci turun oyunları ilə start verildi.  164 qolun...
II Bizon Student Cup
BİZON Student Cup 2-də  qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.
BİZON Student Cup 2-də qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.
BİZON Student Cup 2-də qrup mərhələlərində 2-ci turun oyunları başa çatdı.Oyunlardan sonra qruplarda yaranan vəziyyətlə tanış olaq. A qrupu. A qrupunun ilk oyunu Black Diamond-İndustrial...
BİZON STUDENT CUP
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
Futbolu maraqlı edən tərəflərindən biri də bu oyundakı cəzalardır, çünki bu proses zamanı bir komandaya demotivasiya versədə, digər komandanı, yəni rəqib komandanı da motivasiya edir və ya...