Futbol Konfransı Bakı

Futbol Konfransı Bakı

Futbol Konfransı Bakı

QOLAT Sport Service & Football Agency tərəfindən təşkil olunan Football Conference Baku“  beynəlxalq futbol konfransı 29 May tarixində baş tutacaqdır. Azərbaycanda ilk dəfə təşkil olunacaq forumun əsas məqsədi ölkəmizdə futbol işi ilə məşqul olan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssisləri dinləmək , öyrənmək və əlaqlərini genişləndirməkdir.

Futbol Konfransının əsas mövzu istiqaməti : “Changing World of Football” , ana dilimizə tərcüməsi ilə isə “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulmuşdur. Konfransda Türkiyə, Avropa və Azərbaycandan olan futbol mütəxəssisləri iştirak edərək, panel müzakirələrində iştirak edəcəklər. Konfrans iştirakçıları ölkəmizdəki klub nümayəndələri , futbolçular , FIFA futbol agentləri, məşqçilər və gələcəkdə öz karyerasını bu istiqamətdə qurmaq istəyən şəxslərin iştirakını nəzərdə tutur, foruma xaricdən iştirakçıların da qatılması nəzərdə tutulur.

QOLAT Sport Service & Football Agency olaraq, bu forumun keçirilməsini ölkəmiz üçün vacib hesab edirik və futbolun sadəcə meydançada oynan oyun kimi yox, həmçinin müzakirələr edərək , bu sahədə uğurlu olmuş ölkələrin təcrübələrini paylaşaraq , müasir futbolda istifadə olunan texnologiyaları , futbolçu yetişdirilməsi, oyunçu və klublarla münasibətlərin inkişaf etdirilməsi , transfer məsələləri kimi mövzularda mütəxəssiz rəylərini dinləməyin vacibliyini göstərməkdir.

Forumda speaker kimi çıxış edəcək olan iştirakçıların siyahısını da qısa zamanda futbol içtimaiəti ilə paylaşacağıq.

Football Forum Baku , forumunda iştirak pulsuzdur , forum Hyatt Regency oteldə baş tutacaq, saat 11:00-də başlayacaq və saat 16:00 bitirilməsi nəzərdə tutulur. Forumda iştirak üçün qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz. 

Qeydiyyat üçün link : https://forms.gle/27ZTAduu9DeKmBRC6

QOLAT Sport Services & Football Agency şirkətinin instagram səhifəsi : https://www.instagram.com/qolatofficial/ 


Müəllif : Nurlan Ağayev

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Azərbaycanda bir çox uğurlu idman yarışlarını təşkil və idarə edən QOLAT Sport Service, bu dəfə “SPORTFEST” layihəsini sizlərə təqdim edir. Bu layihədə tərəfdaşımız Founder...
II Bizon Student Cup
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı. Drammatik hadisələrə şahid olduğumuz 3-cü turda 16 komandanın turnirdəki mübarizəsi sona çatdı. 1 və 2- ci yer tutan 16 komanda...
Ölkə Futbolu
Futbol Konfransı Bakı
Futbol Konfransı Bakı
QOLAT Sport Service & Football Agency tərəfindən təşkil olunan “Football Conference Baku“  beynəlxalq futbol konfransı 29 May tarixində baş tutacaqdır. Azərbaycanda ilk dəfə təşkil olunacaq...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də II Tur
QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı.  Həyəcanlı və sürpriz nəticələrlə yadda...