BİZON Student Cup 2-də qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.

BİZON Student Cup 2-də  qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.

BİZON Student Cup 2-də qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.

BİZON Student Cup 2-də qrup mərhələlərində 2-ci turun oyunları başa çatdı.Oyunlardan sonra qruplarda yaranan vəziyyətlə tanış olaq.

A qrupu.

A qrupunun ilk oyunu Black Diamond-İndustrial FC komandaları arasında baş tutdu. İlk oyundan qələbə ilə ayrılan İndustrial FC komandası bu turda xal itkisi ilə üzləşdi. Black Diamond isə qrupda ilk xalını qazandı və qrupdan çıxmaq şansını son oyuna saxladı. Qrupun ikinci oyununda, qrupun aşkar favoriti Asapes komandası ilk  turda məğlub olan Shah FC komandasını geriyə düşməsinə baxmayaraq  2-7 məğlub etdi və qrupdan çıxmağı qarantilədi. Qrupun son oyunları, Shah FC-Black Diamond , Asapes -İndustrial FC komandaları arasında olacaq.

B qrupu

B qrupunda oyunlardan sonra maraqlı hadisələr baş verdi. Oyunlar zamanı Əbədi birlik komandası  Xəzər FK komandasını 4-2, Sailors komandası isə güclü rəqibi Nerazzurri komandasını 11-3 məğlub etdi. Lakin Sailors komandası əsasnamədə qeyd olunmayan oyunçu daxil etdiklərinə görə xalları sıfırlandı və 2 oyunçusu turnirdən uzaqlaşdırıldı. Sailors komandası qrupdan çıxmaq şansını son oyunlara saxladı. Qrupdakı növbəti oyunlar Nerazzurri-Xəzər FK, Saiors-Əbədi Birlik komandaları arasında olacaq.

C qrupu

C qrupunda ilk turda qələbə qazanan iki komanda üz-üzə gəldi. Hər iki komanda da, qapıçılar qırmızı kart alaraq oyunu tərk etdilər. Oyun isə Medicals komandasının 4-2 hesablı qələbəsi ilə yekunlaşdı. Qrupun digər oyunu gərgin mübarizə şəraitində keçdi. Son dəqiqələrdə qapılara 3 qol vuruldu. Ordu komandası oyunun bitməsinə 15 saniyə qalmış vurduğu qolla qələbə qazandı. Lakin Ordu komandası protokolda qeyd olunmayan oyunçu daxil etdiyinə görə 5-0 hesabi ilə texniki məğlubiyyət aldı və turnirdən uzaqlaşdırıldı.

D qrupu

D qrupunun favoriti 4US komandası 2-ci tur çərçivəsində keçirilən oyunda Young Ballers komandasını 9-1 hesabı ilə məğlub etdi. Qrupdakı növbəti qarşılaşmada PMA FK komandası 4-0 önə keçməsinə baxmayaraq Logistas komandası geridən gələrək 4 qol vurdu və oyun 4-4 bərabərliklə bitdi. PMA FK komandası və Logistas qrupdan çıxmaq üçün son oyunları qazanıb rəqiblərinin xal itirməsini gözləyəcək. Qrupun son oyunları 4US-Logistas komandaları ilə Young Ballers-PMA FK komandaları arasında olacaq.

E qrupu

E qrupunun ilk oyununda ilk turdan qələbə ilə ayrılan Old Boys-Cyber MFC komandaları üz-üzə gəldi.QOLAT Sport Service-in Youtube səhifəsindən canlı yayımlanan oyunda Old boys,Cyber MFC komandasını 6-2 məğlub edərək qrup liderliyini davam etdirdi. Qrupun digər oyununun son anlarında drammatik səhnələrə  şahid olduq. Xarıbülbül komandası geriyə düşməsinə baxmayaraq son dəqiqələrə 3-2 heabı ilə öndə girdi. Lakin Lokomativ Baku komandası son saniyədə vurduğu qolla hesabı 3-3-ə gətirdi  və oyundan 1 xalla ayrıldı. Son turda Cyber MFC-Lokomativ Baku, Old Boys-Xarıbülbül komandaları üz-üzə gələcək.

F qrupu

F qrupunun ilk oyunu derbi abu-havası şəklində keçdi. Youtube səhifəmizdən canlı yayımlanan oyunda turnirin iki favoriti Eagles komandası ilə Oğuz edu FK komandası qarşı-qarşıya gəldi. Gərgin mübarizə şəraitində keçən oyunda komandalar 3-3 bərabərə qalaraq hərəyə 1 xalla meydandan ayrıldı.Digər oyunda isə ilk turda məğlub olan iki komanda üz-üzə gəldi. Black Mamba rəqibi Kuley United komandasını 8-4 hesabı ilə məğlub etdi. Növbəti turda Black Mamba-Egales, Oğuz edu FK-Kuley United komandaları üz-üzə gələcək.

G qrupu

G qrupunda  Aesir komandası Mardakan FC komandasını 8-5 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazandı.Qrupun digər oyununda ilk turda 5 nəfərlə mübarizə apararaq böyük hesablı qələbə qazanan Elitar FC komandası  Kətə FC komandasını 9-2 hesabı ilə məğlub etdi. Qrupun son oyunları Elitar FC-Mardakan FC komandaları ilə, Aesir-Kətə FC komandaları arasında olacaq.

H qrupu

H qrupunda  Donanma  FC komandası Goal Diggers  komandasını 5-3 məğlub edərək qrupdan çıxmaq şansını son oyuna saxladı.  Digər oyunda isə Black Bulls-Kuley City komandalarının üz-üzə gəldilər. Bərabər mübarizə şəraitində keçən qarşılaşma Black Bulls komandasının 7-6 hesablı qələbəsi ilə yekunlaşdı. Qrupun son oyunları  Donanma FC-Kuley City və Goal Diggers-Black Bulls komandaları arasında olacaq.

Qrupun son oyunlarda bütün komandalara uğurlar arzu edirik.


Müəllif : Ağayev Nurlan

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
Futbolu maraqlı edən tərəflərindən biri də bu oyundakı cəzalardır, çünki bu proses zamanı bir komandaya demotivasiya versədə, digər komandanı, yəni rəqib komandanı da motivasiya edir və ya...
Digər idman növləri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
MARSOL'un üzv şirkətləri arasında keçirilən stol üstü tennis turniri çox maraqlı oldu, əlliyə yaxın şirkət rəhbər əməkdaşlarının qatıldığı stol üstü tennis...
II Bizon Student Cup
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı. Drammatik hadisələrə şahid olduğumuz 3-cü turda 16 komandanın turnirdəki mübarizəsi sona çatdı. 1 və 2- ci yer tutan 16 komanda...
Ölkə Futbolu
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”  Oktyabrın 8-də “Atalar və övladlar” futbol lahiyəsinə start verdik. Ata və övladların sağlam, əyləncəli,...