BİZON Student Cup 2-də 1/8 mərhələnin həyəcanı yaşandı.

BİZON Student Cup 2-də  1/8 mərhələnin həyəcanı yaşandı.

BİZON Student Cup 2-də 1/8 mərhələnin həyəcanı yaşandı.

BİZON Student Cup 2-də 1/4 mərhələyə yüksələn komandaların adları bəlli oldu. 1/8 görüşləri çərçivəsində, 8 oyun keçirildi. Günün ilk oyunlarında, Asapes-Əbədi Birlik,Nerazzurri-İndustrial FC və Black Bulls- Kətə FC komandaları qarşı-qarşıya gəldilər. 

Asapes-Əbədi Birlik qarşılaşmasının ilk 18 dəqiqəsi durğun mübarizə şəraitində keçdi.18 dəqiqədən sonra hücumlarının ard-arası kəsilməyən Asapes komandası oyun boyu rəqibinə üstünlük qurmağı bacardı və 7-2 hesablı qələbə ilə meydandan ayrıldı. Nerazzurri-İndustrial FC qarşılaşması Nerazzurri komandasının hücumları şəraitində keçirdi. Güclü mudafiə olunmağı bacaran İndustrial FC komandası fərqli qələbəyə icazə vermədi. Nerazzurri görüşdən 2-1 hesablı qələbə ilə ayrılmağı bacardı. Black Bulls -Kətə FC qarşılaşması ilk dəqiqədən son dəqiqəyə qədər birincilərin üstünlüyü şəraitində keçdi. Bunun nəticəsidir ki, Qaralar rəqibini fərqli məğlub etməyi bacardı. Oyun  Black Bulls-un 11-2 qələbəsi ilə sona çatdı.

Saat 10:00-da 3 oyun baş tutdu. 4US komandası, Qırmızı Şeytanlar komandası ilə üz-üzə gəldilər. Gərgin mübarizəyə şahid olduğumuz oyunda Qırmızı Şeytanlar hesabda irəlidə olmasına baxmayaraq, bu üstünlüyünü sona qədər qoruyub saxlaya bilmədi. 4US möhtəşəm oyun sərgiləyərək rəqibini 6-4 hesabı ilə məğlub edərək 1/4 mərhələyə vəsiqə qazandılar. Hücum xətti ilə,bizlərə 2014-2015 Barcelona-nı xatırladan Eagles komandası Cyber MFC qarşısında öz oyunu göstərə bilmədi. Cyber MFC-nin qapıçısı  möhtəşəm seyvləri ilə  Eagles komandasına çətin anlar yaşatdı. Oyun 2-1, Eagles komandasının qələbəsi ilə yekunlaşdı. Digər oyunda turnirin favoritlərində hesab edilən Medicals komandasını rəqibi Logistas qarşısında rahat oyun göstərdi. Meydandan 6-1 hesablı qələbə ilə ayrılan Medicals final yolunda bir addım daha atmış oldu.

Saat 11:00 -də turun mərkəzi oyununda Oğuz Edu FK-Old boys komandaları qarşılaşdı.Oyunun ilk dəqiqələrindən,gərgin mübarizəyə şahid  olacağımız görünürdü.Oğuz Edu FK  2-1 öndə olarkən, iki komanda arasında mübahisə yaşandı, bu mübahisə nəticəsində Oğuz Edu FK -da qapıçı Ramin Abbasov qırmızı kart alaraq oyunu tərk etdi, onun yerinə komandanın müdafiəçisi Səbuhi İbrahimzadə oyunun qalan hissəsində qapıya keçdi. Oğuz Edu FK 5 nəfərlə mübarizə aparmasına baxmayaraq Bilal və Vüsal Hüseynlinin möhətəşəm oyunu ilə rəqibini 6-2 məğlub edərək 1/4 yüksəldilər. Digər oyunda isə Elitar FC komandası, Donanma FC-ni 3-1 məğlub edərək, növbəti mərhələyə yüksəldi.

1/4 mərhələdə, Asapes -Medicals, Oğuz Edu FK-Elitar FC, Nerazzurri-4US, Eagles-Black Bulls komandaları üz-üzə gələcək.

1/4 mərhələdə bütün komandalara uğurlar arzu edirik.


Müəllif : Ağayev Nurlan

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Almaniyada - Futbol Dərsləri!
Almaniyada - Futbol Dərsləri!
BVB BORUSSIA DORTMUND KAMPI QOLAT Sport Services, gənc futbolçuları peşəkar futbol dərsləri ilə tanış etmək və böyük futbol klublarının təcrübələrini göstərmək...
Ölkə Futbolu
QOLAT + E-QOLAT
QOLAT + E-QOLAT
E-QOLAT.COM rəsmi qeydiyyatı olan onlayn ticarət mağazasıdır. Xüsusi ilə idman geyimləri üzərə ixtisaslaşan onlayn ticarət mağazası olmaqla yanaşı, digər geyim və ya idman alətlərinin onlayn...
BİZON STUDENT CUP
BIZON Student Cup'da son 8 komanda!
BIZON Student Cup'da son 8 komanda!
QOLAT Sport Services tərəfindən təşkil olunan tələbələr arası BIZON Student Cup mini futbol turnirində 1/4 finalçılar artıq bəllidir.  Turnirə rəng qatan tələbə komandalar arasında əsl...
Digər idman növləri
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
QOLAT Sport Services şirkəti tərəfindən 5 may tarixində Təhsil Müəssisələri əməkdaşları arasında təşkil edilən Masaüstü Tennis turniri böyük uğurla başa çatdı....