"MARSOL Mini Futbol Turniri 2023"də 1/8 mərhələsi

"MARSOL Mini Futbol Turniri 2023"də 1/8 mərhələsi

26 noyabr tarixində “MARSOL Mini Futbol Turniri 2023”-ün 1/8 mərhələsi baş tutdu. Qrupdan çıxmağa nail olan 16 komanda digər mərhələ keçmək üçün əzmkar mübarizə apardı.

 Mərhələnin nəticələri aşağıdakı kimidir:

Ilk açılış Kapital Bank və Medical Media arasında oldu. Oyun 3-18 hesabla Kapital Bank-ın leyhinə olaraq bitdi. Bu səfərdə Kapital Bank-a qarşı möcüzə reallaşdırıla bilmədi. Medical Media-nın oyunçusu Elşən Həbibov oyun müddətində yüksək performans göstərib 3 qolun müəllifi olsa da, komanda növbəti mərhələyə keçid edə bilmədi. Kapital Bank isə turnirdə mübarizə aparmağa davam edəcək.

Digər qarşılaşma 166 Yükdaşıma və Logistika və Kavrolin.az komandaları arasında oldu. Hər iki komanda əzmkar mübarizə aparsa da, nəticədə 1 qalib komanda digər mərhələ keçid haqqını qazandı. Oda 9-1 hesabla rəqibinə qalib gələn 166 Yükdaşıma və Logistika oldu.

Növbəti oyun turnir boyu naməğlub olan KOBİA və yüksək performansı ilə seçilən komandalardan biri olan CasPos arasında oldu. 9-3 hesabla qalib gələn KOBİA komandası böyük qarşılaşmaya daha bir addım ataraq digər mərhələyə keçməyə nail oldu.

Digər üz-üzə gələn komandalar Pimapen və Mobil Group+Formag oldu. Oyun 4-1 hesabla Pimapenin qalibiyyəti ilə bitdi və komanda digər mərhələyə keçməyə nail oldu.

Növbəti qarşılaşma Sirab və Fin-Plast komadası arasında oldu. Turun ən çəkişməli və maraqlı oyunlarından biri idi. Hər iki komandanın qapıçı və oyunçuları 1 qol üçün çox böyük mübarizə aparırdı. Sonunda bu qolun müəllifi Elvin Abbasov oldu və Fin-Plast komandası növbəti mərhələyə keçməyə nail oldu.

Qarşı-qarşıya gələn digər komandalardan biri Biznesmenlər və Şam-Fi oldu. Bu oyunda çox çəkişməli və bir o qədər də həyacanlı keçdi. Ilk dəqiqələrdə Biznesmenlər yaxşı başlasalarda, əvvəlki oyunlarındakı kimi Şam-Fi geri dönüş edərək üstünlüyü ələ aldı. Lakin Biznesmenlər-in son bir topu ilə hesab 3-3 olmaqla penaltıya qaldı. Bu səfər əvvəlcə üstünlüyü Şam-Fi əldə etsədə geri dönüş edən Biznesmenlər oldu, 1 qol üstünlüyü ilə qalib gəldi və növbəti mərhələyə keçməyə nail oldu.

Digər oyun Evsetra və Sahibkarlar komandası arasında oldu. Turnir boyu qol üstünlüyü ilə seçilən Savalan Bağırov-un 6 qolu olmaqla böyük üstünlük qazanan Evsetra komandası qalib gəldi. Nəticədə oyun 9-1 hesabla bitdi. Orxan Dadaşovun 1 qolu isə sadəcə təsəlli oldu.

Mərhələnin son oyunu ArchiCo və Meqa Həyat komandaları arasında oldu. Bu tura qədər məğlubiyyətsiz gələn Meqa Həyat komandası əzmkarlığını davam etdirə bilməyərək 9-1 hesabla ArchiCo komandasına məğlub oldu. Meqa Həyat növbəti mərhələyə keçə bilməzkən, ArchiCo komandası mübarizəyə davam edəcək.  

Turnirin gedişatı haqqında məlumatlar üçün bizi izləməyə davam edin:

https://www.instagram.com/qolatofficial  

https://www.facebook.com/qolatsportservices/  

https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw  

Əlaqə nömrələri:    
055 527 10 40 (Zəng və WhatsApp)    
070 814 91 66 (Təcili zənglər)


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turnirini təşkil edəcəyik.  MARSOL - Marketing Solutions şirkətinin üzv...
Ölkə Futbolu
"MARSOL mini futbol turniri 2024"- başlayır...
QOLAT Sport Services-in təşkilatçılığı, KOBİA, İCMA və MARSOL Group-un tərəfdaşlığı ilə keçiriləcək sayca dördüncü "MARSOL mini futbol turniri 2024"-ə qeydiyyat...
Digər idman növləri
Tələbələr arasında Stolüstü tennis turniri
Tələbələr arasında Stolüstü tennis turniri
Yeni bir turnirlə qarşınızdayıq! Tələbələr arasında sosial aktivliyi təmin etmək və sağlam həyata çağırış məqsədilə,QOLAT Sport Services-in təşkilatşılığı ilə tələbələr arasında...
Dünya Futbolu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib. Qeyd edək ki,  ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib....