BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.

BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.

BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.

BİZON Energy-nin sponsorluğu , QOLAT Sport Services-in təşkilatçılığı  ilə baş tutan  BİZON Student Cup II həyəcanına 1-ci turun oyunları ilə start verildi.  164 qolun vurulduğu turda , bərabərə bitən oyun olmadı.  Qrup mərhələrinin ümumi nəticələri  ilə tanışaq olaq.

A Qrupu

Black Diamond-Asapes komandalarının qarşılaşması, ilk dəqiqələrdən Asapes komandasının üstünlüyü şəraitində keçdi və Asapes komandası rəqibini 3-8 hesabı ilə məğlub edərək, qrupun aşkar favoriti olduğunu göstərdi. Qrupun eyni saatda başlayan ikinci oyununda İndustrial FC ilə Shah FC komandaları üz-üzə gəldi. Bərabər səviyyədə keçən oyunun sonlarına doğru İndustrial FC komandası rəqib qapıçının səhvindən sonra hesabı 4-2 -yə gətirdi və bu üstünlüyünü oyunun sonuna qədər qoruyaraq, qarşılaşmadan 3 xalla ayrıldı. Növbəti turda  Shah Fc- Asapes,  Black Diamond -İndustrial FC komandaları üz-üzə gələcək.

B Qrupu

Ölüm qrupu olaraq göstərilən  B qrupunda ilk həftə oyunları gərgin mübarizə şəratində keçdi. Qrupun ilk oyunu  Xəzər FK-Sailors komandaları arasında baş tutdu. İlk hissəsi bərabər mübarizə şəratində keçən oyunun ikinci hissəsində Sailors komandası rəqibi üzərində 5-11 hesabı ilə qələbə qazandı. Qrupun digər oyununda Əbədi Birlik və Nerazzurri komandaları üz-üzə gəldi. Hər iki komandanın qaşılıqlı hücumları keçən oyunun ilk hissəsindən üstünlüyü ələ alan Nerazzurri komandası bu üstünlüyünü oyun sonuna qədər qorudu və rəqibini 2-6 məğlub edərək, turnirin favoritləri sırasında məndə varam dedi. Qrupun növbəti oyunları Sailors-Nerazzurri,  Xəzər FK-Əbədi birlik komandaları arasında keçiriləcək.

C Qrupu

İlk turun ən həyəcanlı oyunun baş tutdğu C qrupunda İngiltərə derbisi oynanıldı. Topçular komandası ilə Qırmızı Şeytanlar komandası arasında baş tutan oyun , son saniyələrə qədər gərgin mübarizəyə şahid oldu. 3-0 geriyə düşməsinə rəğmən, Qırmızı Şeytanlar  inamlı geri dönüş edərək hesabda 5-3 önə keçdilər. Lakin Topçular mübarizədən qalmadı və ard-arda vurduğu qollarla rəqibini məğlub edərək, vacib 3 xalın sahibi oldu. Qrupun digər oyununda , turnirin favoritlərindən biri kimi göstərilən Medicals , ciddi oyunçu əskikliyinə baxmayaraq, rəqibi qarşısında çətinlik çəkmədi  və 9-1 hesabı ilə qələbə qazanaraq, ilk oyunlardan  qrupda zirvəyə oturdu.

D qrupu

Favoritin bəlli olmadığı D qrupundan maraqlı oyunlar baş tutdu. 4US komandası rəqibi PMA FK-nı 7-0 hesabla rahat bir şəkildə məğlub edərkən, qrupun digər oyununda drammatik dəqiqələrə şahid olduq. Logistas-Young Ballers komandalarının qarşı-qarşıya gəldiyi oyunun son 1 dəqiqəsinə qədər Logistas komandası 3-2 hesabı ilə irəli idi. Young Ballers son dəqiqədə penaltı qazanaraq, hesabı bərabərləşdirmək fürsəti əldə etsə də, komanda kapitanı Sənan Mahmudlu penaltı zərbəsindən faydalana bilmədi  və oyun Logistas komandasının 3-2 hesablı qələbəsi ilə sona çatdı. D qrupunun növbəti oyunları 4US-Young Ballers və PMA FK -Logistas  komandaları arasında olacaq.

E Qrupu

E qrupunda ,Old boys -Lokomativ Baku komandalarının qarşılaşması , birincilərin 8-0 hesablı qələbəsi ilə sona çatdı. Qrupu ikinci oyununda qrupun iki favorit komandası qarşılaşdı.  Xarıbülbül-Cyber MFC komandaları arasında baş tutan oyunda ,Cyber MFC komandası rəqibini gözlədiyindən daha rahat şəkildə 2-8 hesabı ilə məğlub  edərək,qrupun aşkar favoritlərindən biri olduğunu göstərdi.E qrupun növbəti oyunları  Lokomatik Baku-Xarıbülbül, Cyber MFC-Old Boys komandaları arasında baş tutacaq.

F Qrupu

F qrupunun ilk oyununda Eagles komandası rəqibi üzərində  13-2 kimi böyük hesablı qələbə qazanaraq, turnirin gizli favoritlərindən biri olduğunu məlum etdi. İkinci oyunda turnirin favoriti hesab edilən Oğuz  Edu FK komandası 0-1 hesabi ilə geriyə düşməsinə baxmayaraq,  rəqibini 12-1 hesabı ilə məğlub edərək, Egales komandası ilə liderlik mübarizəsini bölüşdü. F qrupunda növbəti oyunlar  Oğuz Edu Fk-Egales, Black Mamba-Kuley United arasında olacaq.

G Qrupu.

G qrupunun ilk oyununda Elitar FC 5 nəfərlə mübarizə aparmasına baxmayaraq, rəqibi üzərində ciddi üstünlük quraraq 7-3 hesabı ilə qələbə qazandı. Qrupun digər oyununda Kətə Fc-Mardakan Fc komandaları üz-üzə gəldilər. Bərabər mübarizə şəraitində keçən oyun Kətə FC-nin 7-5 hesablı qələbəsi ilə sona çatdı.Bu qrupun növbəti oyunları Kətə FC-Elitar, Mardakan FC-Aesir komandaları arasında olacaq.

H Qrupu

H qrupunda Donanma FC-Black Bulls komandaları arasında baş tutan oyun hər iki komandanın bərabər hücumları şəratində keçərkən, Black Bulls inamlı oyun sərgiləyərək rəqibini 3-4 hesabı ilə məğlub etdi. Qrupun digər oyununda  Goal Diggers-Kuley City komandaları üz-üzə gəldi.Hər iki komandanın açıq -aşkar qol fürsətlərindən faydalana bilmədiyi oyunda  Kuley City rəqibi üzərində 4-5 hesab ilə qələbə qazanaraq, 3 xalı aktivinə yazdırdı. H qrupunun növbəti oyunları  Black Bulls- Kuley City, Goal Diggers-Donanma FC  komandaları arasında olacaq.

Bütün Komandalara Uğurlar Arzu edirik.


Müəllif : Ağayev Nurlan

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"ün ilk mərhələsi
“MARSOL Mini Futbol Turniri 2023” 5 noyabr  tarixində start götürdü. Turnirin ilk turundan  maraqlı, həyəcanlı və çəkişməli mübarizələrə şahid olduq. Turnirin...
Ölkə Futbolu
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”  Oktyabrın 8-də “Atalar və övladlar” futbol lahiyəsinə start verdik. Ata və övladların sağlam, əyləncəli,...
Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turnirini təşkil edəcəyik.  MARSOL - Marketing Solutions şirkətinin üzv...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Azərbaycanda bir çox uğurlu idman yarışlarını təşkil və idarə edən QOLAT Sport Service, bu dəfə “SPORTFEST” layihəsini sizlərə təqdim edir. Bu layihədə tərəfdaşımız Founder...