"BIZON STUDENT CUP" da Final

"BIZON STUDENT CUP" da Final

Ölkənin ən çox sevilən enerji içkisi olan “Bizon Energy” nin baş sponsorluğu, QOLAT Sport Servicesin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon Student Cup Mini Futbol Turnirinə yekun vuruldu.
Meydana ilk öncə turnirin bürünc mükafatçısını müəyyən etmək üçün STOM FK Politexnik FK komandaları çıxdı. Finala bərabər gərgin və əzmkar mübarizə çərçivəsində keçən matçda STOM FK komandasının önə keçməsinə baxmayaraq oyunun sonlarına yaxın göstərdiyi əzmkar oyun nəticəsində Politexnik FK komandası hesabı bərabər edərək matçı əlavə vaxtlara aparmağı bacardı.
Əlavə vaxtda da qalib müəyyənləşmədiyinə görə oyundan sonra penalti zərbələrinə ehtiyac duyuldu. 
Penalti zərbələrində daha dəqiq oynamağı bacaran STOM FK komandası BIZON STUDENT CUP Mini Futbol Turnirinin bürünc medallarına və 500 AZN pul mükafatına layiq görüldü. Vurduğu qollar ilə komandasının yarımfinala qədər irəliləməsində böyük paya sahib olan Engin Gök isə turnirin ən sərrast futbolçusu kimi xüsusi mükafat ilə təltif olundu.
Günün əsas və ən çox gözlənilən matçı olan final oyununda isə Bakı Mühəndislik Universitetini təmsil edən BMU FK komandası isə güclü heyyətə sahib olan Cooperation Team komandası ilə qarşılaşdı.
Oyuna sürətli və daha inamlı başlayan Cooperation Team komandası kapitan Fikrətin və çempionat boyu güclü təsir bağışlayan Mirmehdinin gözəl oyunu nəticəsində qısa zamanda 3-0 hesabı ilə irəli keçməyə nail oldu. İkinci hissədə isə BMU FK komandası üstünlüyü nisbətən ələ almasına baxmayaraq Cooperation Team komandası yenidən vurduğu qollar ilə sonda 5-2 hesabı ilə qalib gələrək BIZON STUDENT CUP Mini Futbol Turnirinin çempionu adını qazandı.
Oyundan dərhal sonra başlayan təltifetmə mərasimində BMU FK komandası turnirin gümüş medallarından əlavə 1000 AZN-lik pul mükafatı ilə, həmçinin komandanın kapitanı olan çempionat boyunca nümayiş etdirdiyi gözəl oyun ilə fərqlənən Maqsud Salahlı turnirin ən yaxşı oyunçusu olaraq xüsusi mükafat ilə təltif olundu.
Cooperation Team komandası isə turnirin qızıl medallarından əlavə əsas uduşu olan 1500 AZN-lik pul mükafatına sahib oldu.
Biz isə QOLAT Sport Services komandası olaraq turnir boyunca iştirak edən bütün komandalara və bütün dəstək olan şəxslərə öz dərin təşəkkürümüzü bildiririk.
Çempionatın reallaşmasında əsas paya sahib olan “Bizon Energy” nin başda rəhbərliyi olmaqla, bütün əməkdaşlarına təşəkkür edirik.
Sizin isə gözünüz daima bizdə olsun, çünki biz yeni və maraqlı idman layihələri ilə yenidən sizləri sevindirməyə çalışacağıq.
Bizi izləməyə davam edin.


Müəllif : Murad Hümmət

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”
Daha bir maraqlı futbol lahiyəmiz- “Atalar və övladlar”  Oktyabrın 8-də “Atalar və övladlar” futbol lahiyəsinə start verdik. Ata və övladların sağlam, əyləncəli,...
Dünya Futbolu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib. Qeyd edək ki,  ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib....
II Bizon Student Cup
BİZON Student Cup II başa çatdı.
BİZON Student Cup II başa çatdı.
"BIZON Energy"-nin sponsorluğu, QOLAT Sport Services-in təşkilatçılğı ilə keçirilən BİZON Student Cup II-nin 7 aprel tarixində final mərhələsi baş tutdu. Günün ilk oyunu...
BİZON STUDENT CUP
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup mini futbol turniri tam sürətlə davam edir, ilk turu geridə qoyan iştirakçılar artıq 2-ci tura hazırlaşır.  Bu xəbərlə sizlərə ilk turda cəzalı duruma düşən...