BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri

BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri

BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri

BIZON Student Cup'da qeydiyyat yekunlaşdı, beləliklə bütün komandalar qeydiyyatlarını yekunlaşdıraraq turnirdə iştiraklarını rəsmiləşdirdilər. 

Bu gün 32 komandanın kapitanına rəsmi dəvətnamə göndərildi, 13 Oktyabr , saat 15:00'da Park İnn Hoteldə , turnirin açılış və püşkatma tədbirinə xüsusi olaraq dəvət edildilər. Püşk atma və açılış mərasimində baş sponsor BIZON Energy'nin təqdimatı, eləcdə QOLAT Sport Services'in yeni brendi olan QOLAT Store onlayn mağazanın təqdimatı da nəzərdə tutulub. Bundan başqa turnirin ümumi reqlamenti iştirakçılara bir daha izah ediləcək, turnirin hakimləri oyun qaydaları haqqında məlumatlar , həmçinin xüsusi qonaqlarımız isə turnir haqqında fikirlərini bölüşəcəklər. 

Turnirin rəsmi açılış mərasimindən sonra iştirakçılar üçün 'coffee break' nəzərdə tutulub, eyni vaxtda mini oyun da təşkil olunacaqdır, bundan sonra isə turnirin püşkatması baş tutacaqdır. Bu zaman bütün komandaların mübarizə aparacağı qruplar müəyyənləşəcək , eləcədə oyun saatları da məlum olacaqdır. Onu da qeyd edək ki, turnirin ilk tur oyunları 20 Oktyabrda baş tutacaqdır. 

QOLAT Sport Services olaraq , bütün komandalara uğurlar arzu edir, bütün kapitanların açılış və püşkatma mərasimində iştiraklarının vacibliyini bir daha qeyd edirik. 


Müəllif : qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
QOLAT Sport Services-in təşkilatçılığı ilə Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri” keçiriləcək.  Turnirin əsas məqsədi Networking’dir,...
Digər idman növləri
Tələbələr arasında Stolüstü tennis turniri
Tələbələr arasında Stolüstü tennis turniri
Yeni bir turnirlə qarşınızdayıq! Tələbələr arasında sosial aktivliyi təmin etmək və sağlam həyata çağırış məqsədilə,QOLAT Sport Services-in təşkilatşılığı ilə tələbələr arasında...
Ölkə Futbolu
İlk müqaviləmizi imzaladıq.
İlk müqaviləmizi imzaladıq.
Beləliklə,beynəlxalq və rəsmi lisenziyalı FİFA futbol agenti olaraq,ilk müqaviləmizi imzaladıq. Sabah FK-nun və Azərbaycan U 17-19 milli komandasının üzvü olan iki oyunçu ilə...
Ölkə Futbolu
"MARSOL mini futbol turniri 2024"- başlayır...
QOLAT Sport Services-in təşkilatçılığı, KOBİA, İCMA və MARSOL Group-un tərəfdaşlığı ilə keçiriləcək sayca dördüncü "MARSOL mini futbol turniri 2024"-ə qeydiyyat...