MARSOL Mini Futbol Turniri

MARSOL Mini Futbol Turniri

MARSOL Mini Futbol Turniri

QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik....

Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turniri “ZƏFƏR” kubokunu təşkil edəcəyik. Turnirin təşkilatçısı QOLAT Sport Services, rəsmi tərəfdaşlarımız isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MARSOL Marketing Solutions'dur.

MARSOL - Marketing Solutions şirkətinin üzv şirkətləri arasında keçirəcəyimiz ikinci mini futbol turnirimizin açılış və püşkatma mərasimi 9 Noyabr, ilk oyunları 13 Noyabrdan etibarən başlayacaqdır.

Turnirə qoşulmaq üçün son qeydiyyat tarixi 10 Oktyabrdır,  8 qrupda yer alan 32 komandanın qrupları və ilk turun oyun saatları saytımızda, çempionatlar bölməsində yerləşdiriləcəkdir. 

Diqqətinizə çatdırmaq istərdik ki, oyunlar yalnız bazar günləri səhər saatlarında başlayır, oyunlarımızda peşəkar hakimlər, foto və video çəkilişlər, oyun öncəsi və sonrası video müsahibələr , həmçinin peşəkar həkim və ambulans heyyəti oyunları müşaət edəcəkdir. Bir sözlə çox maraqlı olacaq.

MARSOL üzv şirkətləri ilə intensiv danışıqlarımız artıq başlamışdır, bütün suallarınıza cavab tapmaq üçün rica edirik bizimlə əlaqə saxlayın.

Xüsusi ilə qeyd etməliyik ki , turnir MARSOL üvz şirkətləri arasında təşkil olunacaqdır, iştirakçı şirkətlərin əməkdaşları rəsmi olaraq (e-gov) minimum 3 ay şirkətdə müqaviləsi olmalıdır.

Turnirin əsasnaməsi ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

https://qolat.com/championship/rules/11

 Ətraflı məlumat vəya suallarla bağlı aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Tel: 055 891 9898

       055 527 1040

Instagram: @qolatofficial

Facebook: QOLAT Sport Services

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza. 2/2


Müəllif : QOLAT.COM

Şərhlər (0)

Həmçinin oxu

II Bizon Student Cup
"II Bizon Student Cup" üçün qeydiyyatı başladı!
Ölkənin  sevilən enerji içkisi olan “Bizon Energy”nin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon Student Cup 2 Mini Futbol Turnirinə qeydiyyat...
II Bizon Student Cup
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı.
BİZON Student Cup 2-də Qrup mərhələsi başa çatdı. Drammatik hadisələrə şahid olduğumuz 3-cü turda 16 komandanın turnirdəki mübarizəsi sona çatdı. 1 və 2- ci yer tutan 16 komanda...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də 1/8 mərhələsi
26 noyabr tarixində “MARSOL Mini Futbol Turniri 2023”-ün 1/8 mərhələsi baş tutdu. Qrupdan çıxmağa nail olan 16 komanda digər mərhələ keçmək üçün əzmkar mübarizə...
II Bizon Student Cup
BİZON Student Cup II başa çatdı.
BİZON Student Cup II başa çatdı.
"BIZON Energy"-nin sponsorluğu, QOLAT Sport Services-in təşkilatçılğı ilə keçirilən BİZON Student Cup II-nin 7 aprel tarixində final mərhələsi baş tutdu. Günün ilk oyunu...