MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ

MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ

MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turnirində qrup mərhələsi bitmiş və komandalar artıq 1/8 Final mərhələsinə hazırlaşmaqdadırlar.  

Keçən həftə qrupları analiz edərkən də qeyd etdiyimiz kimi, son tur oyunları çox maraqlı keçdi. Bir çox qrupda qrup lideri dəyişmədi, növbəti tura çıxma şansını 2-ci turda artıq qarantiya alan komandalar belə, son turu da ilk tur kimi oynayaraq qələbə qazandılar.

Beləliklə, qrup mərhələsini lider kimi, yəni 9 xalla tamamlayan komandaların adları aşağıdakı kimidir , ADRA , KOBİA, KAPİTAL BANK , VƏLİOĞLU , MİBELLA MEBEL və PİMAPEN , adları qeyd edilən komandalar heç bir oyunda rəqiblərinə şans vermədən qələbə qazandılar. Qrup mərhələsində öz əzimkar oyunları ilə növbəti tura vəsiqə qazanmağı haqq edən digər komandalar isə, SİRAB, LASSA,  SABİROĞLU , SALONİ MEBEL , AĞA QRUP & BRAVO Technologies , PRESTİJ KİMYA , FİNPLAST , ABV.AZ , AZESTETİK və SLAVYANKA komandalarıdır.

Onu da qeyd etməliyik ki,  qrupdan ikinci yerlə növbəti mərhələyə çıxan bəzi komandalar 1/8 Final mərhələsində qrupu lider kimi tamamlayan rəqiblərinə qarşı heç də asan komanda olmayacaqları aşikardır, çünki elə qruplar var idi ki, orada rəqiblər çox güclü idi. Məhz ona görə də , növbəti mərhələdə çox maraqlı oyunlar bizi gözləyir.

Növbəti bazar günü üçün olan oyunların siyahısı :

  1. ADRA – SABİROĞLU – saat : 09-00
  2. KAPİTAL BANK – SALONİ MEBEL –saat : 09-00
  3. KOBİA – AĞA QRUP & Bravo Technologies – saat : 10-00
  4. LASSA – SİRAB – saat : 10-00
  5. VƏLİOĞLU – ABV.AZ – saat : 11-00
  6. FİNPLAST – PRESTİJ KİMYA – saat : 11-00
  7. MİBELLA – SLAVYANKA – saat : 12-00
  8. PİMAPEN – AZESTETİK – saat : 12-00

 

QOLAT Sport Services olaraq , onu da qeyd etmək istərdik ki , növbəti turdan etibarən oyunlar iki hakim tərəfindən idarə edəcəkdir, bu tətbiq oyunlarımızın daha səmərəli və dəqiqliklə idarə olunmasına töhvə verəcəkdir.

Xüsusi qeyd : Paylaşılan bu xəbərdə əks olunan foto şəkil , turnirin növbəti mərhələlərini də göstərməkdədir. Yəni 1/8 mərhələdən sonra qalib gələn komandalar növbəti rəqiblərini təxmin edə bilərlər.

Növbəti turda bütün komandalara uğurlar diləyirik , güclü olan qalib gəlsin! 


Müəllif : S.B

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
"Voleybol Business Cup"-a qeydiyyat başlamışdır.
 QOLAT Sport Services-in təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyası və Azərreylin tərəfdaşlığı ilə Şirkətlər arasında baş tutacaq "Voleybol Business Cup" -a qeydiyyat...
Ölkə Futbolu
MARSOL -
MARSOL - "ZƏFƏR" kubokunda ilk turun analizi
Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş, Marsoll-a üzv olan 32 komandanın iştirakı ilə həyata keçirilən MARSOL Mini Futbol Turniri 2022-“Zəfər Kuboku”-nda ilk...
Ölkə Futbolu
“MARSOL Mini Futbol Turniri 2021
“MARSOL Mini Futbol Turniri 2021
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL üzv şirkətləri arasında...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da Final
Ölkənin ən çox sevilən enerji içkisi olan “Bizon Energy” nin baş sponsorluğu, QOLAT Sport Servicesin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon...