ZƏFƏR TURNİRİNDƏ II TUR

ZƏFƏR TURNİRİNDƏ II TUR

ZƏFƏR TURNİRİNDƏ II TUR

QOLAT Sport Servicesin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) maliyyə dəstəyi ilə, “Karabağ Azerbaycandır Koordine Etme Derneği" tərəfindən dövlət qurumlarının əməkdaşlarından və könüllülərindən ibarət komandaları arasında keçirilən “ Zəfər Turniri 2021” mini futbol turnirində ikinci tur geridə qaldı. Gərgin idman mübarizəsi şəraitində keçən ikinci tur bir birindən maraqlı nəticələrlə yadda qaldı. İkinci turdan sonra turnir cədvəlindəki vəziyyət, komandaların Playoff şanlarını və növbəti turun təhlilini sizlərlə bölüşürük.

 

A Qrupu: Heç-heçələrlə keçən ilk turdan sonra bütün komandalar vəziyyətlərini yaxşılaşdırmaq üçün gərgin mübarizə apardılar. İki hakimiyyətliyin hökm sürdüyü bu qrupda iki turdan sonra QMİDK və AQTA komandaları hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. AQTA komandası gərgin keçən idman şəraitində XİN komandasını 4-3 hesabı ilə məğlub edərək qrupda vəziyyətini yaxşılaşdıraraq 4/1 final şanslarını xeyli artırdı. QMİDK komandası isə “Dəmir Yumruq” komandası üzərində 3-1 hesablı inamlı qələbə qazanaraq liderliyə şərik oldu.Son saniyələrdə qaçırdıqları penal zərbəsi ilə bir xalı əldən verən XİN komandası isə 4/1 final şanslarını son tura saxlamış oldu. QMİDK komandası ilə qarşılaşacaq komandanın qələbə qazanmaqdan başqa şanları qalmır. XİN komandası öz oyununu qalib başa vurmaqla yanaşı, eyni zamanda AQTA komandasının “Dəmir Yumruq” kollektivinə uduzmamasını gözləyəcək. İsrafil Abdullayevin kpitanlıq etdiyi “Dəmir Yumruq” komandası 4/1 finala vəsiqə qazanmaq üçün son turda qalib gələrək AQTA komandasının XİN üzərində qələbəsini gözləyəcəklər. Beləliklə, son turda bizləri gərgin mübarizənin gözlədiyini tam əminliklə deyə bilərik.

B Qrupu: İki hakimiyyətliyin hökm sürdüyü başqa bir qrup isə B qrupudur. Hərəyə 4 xalı olan DOST Agentliyinin və Gənclər və İdman Nazirliyinin komandaları ilk iki pilləni bölüşdürürlər. Son turda 7-0 hesabı ilə Gənclər Fondu Könüllülərinin komandasını darmadağın edən DOST Agentliyinin komandası rəqibləri üçün qorxulu rəqib olduqlarını həm hesabla, həm də öz oyunları ilə sübut etdilər. Lakin 4/1 finala vəsiqə qazanmaq üçün son turdan minimum 1 xalla ayrılmaq mütləqdir. Sona bir tur qalmış 3-1 hesablı inamlı qələbə ilə ASAN Xidmət könüllülərinin komandasını məğlub edən Gənclər və İdman Nazirliyinin komandası 4/1 finalın bir addımlığındadır. Son turda onlara 1 xal da kifayətdir. Lakin həm Gənclər və İdman Nazirliyinin komandası, həm də DOST Agentliyinin komandası son turda qrup liderliyi üçün var güclərini ortaya qoyacaqlar. Qrupun digər komandaları olan ASAN Xidmət könüllülərinin  və Gənclər Fondu könüllülərinin komandaları isə hərəyə bir xalla 3-4-cü yerləri bölüşürlər. Tale yüklü son turda hər iki komanda qələbə qazanmaqla yanaşı digər oyunun nəticəsini də maraqla gözləyəcəklər. Bütün komandaların Playoff şanslarınının qaldığı üçün son tur maraqla gözlənilir.

C Qrupu: “Ölüm qrupu” olan C qrupunda DGK komandası 6 xalla vahid liderdir. Sona bir tur qalmış KTN-nin komandasını 5-2 hesabı ilə məğlub edən DGK kollektivi sona bir tur qalmış adlarını 4/1 finalın ilk komandası olaraq yazdırdılar. Göstərdikləri oyunla çempionluğa iddialarını ortaya qoyan komanda son turda qrupun autsayderi olan ETSN komandası ilə qarşılaşacaq. Heç bir iddiası qalmayan ETSN komandası isə,son turda ilk qələbələrini lider komanda üzərində qazanaraq sensasiya etməyə çalışacaqlar. Playoff-a çıxmaq üçün ikincilik uğrunda amansız mübarizə DMX və KTN komandaları arasında olacaq. Son tur öncəsi aktivində 3 xalı olan hər iki komanda 2-3cü yerləri bölüşdürürlər. Daha yaxşı top fərqinə sahib KTN komandası 2-ci pillədə qərarlaşır. Son turda üz-üzə gələcək bu iki komandanın oyununa diqqət həddən artıq böyükdür.

D Qrupu: 4/1 finala adını yazmış ikinci xoşbəxt komanda D Qrupunun lideri Təhsil Nazirliyinin komandasıdır. Hüseyn Hüseynovun “hat-trick”i sayəsində DİDK komandasına 3-2 hesabı ilə əzmkar qələbə qazanan komanda sona bir tur qalmış Playoff-a vəsiqəni təmin etdi. Artıq komanda 4/1 rəqiblərini indidən analiz edir. Komanda son turda AFFA ilə üz-üzə gələcək. Bu qrupda ikincilik uğrunda amansız mübarizə isə DİDK və “Karabağ Azerbaycandır!” komandaları arasında oynanacaq. Qalib gələn komanda 4/1 finala vəsiqənin sahbi olacaq. Heç-heçə olacağı təqdirdə daha yaxşı averaja malik DİDK komandası növbəti mərhələyə vəsiqə qazanacaq. Qələbə seriyasını davam etdirmək istəyən “Karabağ Azerbaycandır!” kollektivi rəqibini məğlub edərək adını 4/1 finala yazdırmağa çalışacaqlar.

Qrup mərhələsinin son tur oyunlarında bütün komandalara uğurlar arzu edirik.  

 


Müəllif : K.O

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də II Tur
QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı.  Həyəcanlı və sürpriz nəticələrlə yadda...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
BİZON STUDENT CUP
BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)
BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)
  BIZON STUDENT CUP’ın Əsasnaməsi Giriş QOLAT Sport Service MMC şirkəti BIZON STUDENT CUP mini futbol turnirini təşkil edərək, tələbələr arasında futbolun təbliğini təmin etmək, turnirdə...
Digər idman növləri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
MARSOL'un üzv şirkətləri arasında keçirilən stol üstü tennis turniri çox maraqlı oldu, əlliyə yaxın şirkət rəhbər əməkdaşlarının qatıldığı stol üstü tennis...