"BIZON STUDENT CUP" da ilk tur

"BIZON STUDENT CUP" da ilk tur

"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start verildi.
Turnirin ilk turunda 8 fərqli qrupda bir-birindən maraqlı və gərgin matçlar keçirildi.
A qrupunda bir neçə universitetin tələbələrindən ibarət olan Students of Azerbaijan komandası Tarix fakültəsinin tələbələrindən yaradılan Tarix FK komandasını 8:2 hesabı ilə məğlub etdi. Qrupun digər oyununda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olan Economics FC komandası Bakı Ali Neft Məktəbini təmsil edən BANM FK komandasına 5:2 hesabı ilə qalib gələrək ilk turdan sonra vurulan qol fərqinə görə 2 ci yerdə qərarlaşdı.
Böyük hesablı qələbələr ilə yadda qalan B qrupunda Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət olan BMU FK komandası AZii 1920 komandasına böyük hesabla 9:0 qalib gələrək qrupun liderliyini ilk turdan ələ keçirməyi bacardı. Qrupun ikinci oyununda Tibb Universitetinin komandası olan STOM FK komandası isə BSU-UNEC komandasına 8:1 hesabı ilə qələbə gəldi.
Turnirin üçüncü qrupu olan C qrupunda isə İqtisad Universitetinin tələbələrindən ibarət olan ADİU FK komandası 6:0 hesabı ilə Manager FC komandasına qalib gəldi.
Qrupun digər oyununda isə  Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət olan Engineering Team komandası Qərb Universitetini təmsil edən Western Baku FC komandasına 5:1 hesabı ilə qalib gələrək yalnız top fərqinə əsasən qrupda ikinci yerdə qərarlaşdı. 
Çempionatın maraqlı qruplarından biri olan D qrupunda isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələrindən yaradılan BDU Tarix FK komandası Texniki - Müalicə FK komandasına 4:3 hesabı ilə qalib gəlməyi bacardı. Qrupun digər oyununda isə gərgin keçən matçda ADUNEC FC University United FC komandaları sülhə razılaşdılar - 3:3.
Ən gərgin keçən qruplardan biri olan E qrupunda isə hər iki oyun 2:2 lik bərabərliklə başa çatdı.  Xəzər FK 2:2 Victory of Students və SDU-Filologiya 2 - 2 Ufaziens
Çempionatın ölüm qrupu adlandırılan F qrupunda hər iki matç əzmkar mübarizə şəraitində keçdi.  Qrupun ilk və gərgin oyununda Aztu UnitedADNSU FK komandaları ilə 4:4 lük bərabərliyə razılaşıblar. Qrupun digər matçında isə Cooperation Team komandası Med United komandasına 5:3 hesabı ilə qalib gələrək qrupda liderliyi ələ keçirdi.
Turnirin G qrupunda inamlı oyunu ilə maraqları özünə cəlb edən Politexnik FK komandası Finance FC komandasına 10:2 hesabı ilə qalib gələrək qrupun liderliyini ələ keçirdi. Digər oyunda isə gərgin keçən mübarizədə Students United komanda AZii - BA komandasına 4:3 hesabı ilə qalib gəlməyi bacardı.
Son qrupumuz olan H qrupundakı matçlar isə inamlı qələbələr ilə yadda qaldı. Beləki AZMİU FK komandası İqtisadçılar komadasına 4:0 hesabı ilə, Avia- İqtisad komandası isə Union of Students komandasına 9:5 hesabı ilə qalib gəlməyi bacardı.

Çempionatımız sizlər üçün daha da maraqlı etmək üçün oyundan sonra olan video müsahibələri də Youtube kanalımıza daxil olaraq izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=PIxf29JTH5A

Növbədə isə bizləri 27 oktyabr qrup mərhələsinin ikinci tur oyunları gözləyir. Sizlər də bizim matçları izləməyə dəvət edirik.
Ünvan: Azfar group 9mkr filialı ( Tərlan r/a)
Tarix: 27 oktyabr / 09:00 - 15:00

 

 


Müəllif : Murad Hümmət

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019
BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019
QOLAT Sport Service olaraq yalnız tələbələr arasında keçiriləcək mini futbol turnirimizi sizlərə təqdim etmək istəyirik. QOLAT tərəfindən həyata keçiriləcək növbəti...
BİZON STUDENT CUP
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
Futbolu maraqlı edən tərəflərindən biri də bu oyundakı cəzalardır, çünki bu proses zamanı bir komandaya demotivasiya versədə, digər komandanı, yəni rəqib komandanı da motivasiya edir və ya...
Ölkə Futbolu
QRUPLARDA SON
QRUPLARDA SON "VƏZİYYƏT"?!
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turniri tam sürətlə...
Digər idman növləri
"Voleybol Business Cup"-a qeydiyyat başlamışdır.
 QOLAT Sport Services-in təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyası və Azərreylin tərəfdaşlığı ilə Şirkətlər arasında baş tutacaq "Voleybol Business Cup" -a qeydiyyat...