"MARSOL Mini Futbol Turniri 2023" qrup mərhələsinin son turu

"MARSOL Mini Futbol Turniri 2023" qrup mərhələsinin son turu

19 noyabr tarixində “MARSOL Mini Futbol Turniri 2023” qrup mərhələsinin son turu keçirildi. Bu turun sonunda 16 komanda 1/8 mərhələsinə keçid etdi. Turun nəticələri aşağıdakı kimidir:

A qrupu

A qrupunun ilk qarşılaşması FinPlast və Modern Hospital  komandaları arasında oldu. 4-2 hesabla bitən bu oyunda, FinPlast qalib gələrək qrupdan çıxmağa nail olan komandalardan biri oldu.

Ikinci qarşılaşma da üz-üzə gələn komandalar 166 Yükdaşıma və Logistika və Love Lokum oldu. Oyun 166 Yükdaşıma və Logistikanın 5-0  qələbəsi ilə bitdi. 166 Yükdaşıma və Logistika komandası bu qələbə ilə növbəti mərhələyə qrup lideri kimi yüksəldi.

B qrupu

B qrupunun ilk qarşılaşması Sirab və Kavrolin.az komandaları arasında oldu. Hesab 5-1 bitdi. Sirab öz əzmkarlığını qorudu və 9 xal toplamaqla naməğlub qrup mərhələsindən çıxmağa nail oldu. Lakin digər turlarda göstərdiyi mübarizə ilə Kavrolin.az komandasıda qrupdan çıxa bildi.

Digər qarşı-qarşıya gələn komandalar isə Baku Stone və TayqaTech oldu. Hesab 4-1 o Baku Stone-nun qələbəsi ilə nəticələnsə də, hər iki  komanda qrupdan çıxa bilmədi.

C qrupu

C qrupunun ilk qaşılaşması, turun çəkişməli keçən oyunlarından biri olan AzEstetik və Avtotemir.az komandaları arasında oldu. Hər iki komanda əzmkar mübarizə  aparsalarda oyun Avtotemir-in bir qol üstünlüyü ilə bitdi. Lakin komandalar qrup mərhələsindən çıxmağa nail ola bilmədi.

Qrupun digər üz-üzə gələn komandası  məğlubiyyətsiz  Kapital Bank və bu oyun böyük əzmkarlıq göstərən Biznesmenlər oldu. Hesap 7-2 olmaqla Kapital Bank-ın üstünlüyü ilə bitsədə hər iki komanda qrup mərhələsindən çıxa bildi. Bunuda qeyd edək ki, Biznesmenlər komandası turnirin davam etdiyi müddət ərzində Kapital Bank-a qol vurmağa nail olan ilk komanda oldu.

D qrupu

D qrupunun ilk qarşılaşması Slavyanka və Medical Media komandaları arasında oldu. Maraqlı və çəkişməli keçən oyun  2-5 olmaqla Medical Media-nın üstünlüyü ilə bitdi və komanda qrupdan çıxmağa nail oldu.

Qrupun ikinci qarşılaşması və turun son oyunu Marsol Group və Şam-Fi komandaları arasında oldu. Çəkişməli və həyacanlı oyunun sonunda 1 qol üstünlüyü ilə Şam-Fi qalib gələrək qrupdan çıxmağa nail oldu.

E qrupu

E qrupunun ilk qarşı-qarşıya gələn komandaları KOBİA və İş adamları oldu. Turnir boyu əzmkarlığını qoruyan və maraqlı oyunlar sərgiləyən KOBİA qalibiyyəti əldən vermədi və qrupdan çıxmağa nail oldu. İş adamları komandası isə qrupdan çıxa bilməsədə turnuri yaxşı nəticələr ilə bitirdi.

Qrupun digər qarşılaşması ArchiCo və CEO-lar arasında idi.  5-0 hesabı ilə texniki qalibiyyət alan ArchiCO komandası qrup ikincisi kimi 1/8 finala yüksəldi.

F qrupu

F qrupunun ilk qarşı-qarşıya gələn komandaları Şərq Motors və CasPos oldu. Oyun CasPos-un 8-1 hesablı üstünlüyü ilə bitdi. Şərq Motors-un vurduğu 1 qol komanda üçün təsəllidən başqa bir şey olmadı və qrupdan çıxa bilmədilər. CasPos isə mübarizəyə davam edəcək.

Qrupun digər qarşıdurması Meqa Həyat və Bakı Masura arasında oldu. Meqa Həyat 5-0 hesablı texniki qalibiyyət alaraq, qrup lideri kimi növbəti mərhələyə yüksəldi.

G qrupu

G qrupunun ilk üz-üzə gələn komandaları Ascend və Azdizayn oldu. Azdizayn böyük fərqlə və qalibiyyətlə oyunu bitirsədə qrupdan çıxmağa nail ola bilmədi. Ascend isə mübarizəsini turnir boyu davam etdirsədə  qalibiyyət ala bilmədən  turniri tərk etdi.

Qrupun digər qarşılaşması turnir boyu oyunlarını qalibiyyətlə bitirmiş Pimapen və Sahibkarlar komandaları arasında oldu. Çəkişməli və maraqlı oyun sonunda 2-1 hesabla Pimapen qalib gəldi. Məğlub olmasına baxmayaraq Sahibkarlar komandası Pimapenin ardından qrup ikincisi kimi adını 1/8 yazdırdı.

H qrupu

H qrupunda turun ən çəkişməli və həyəcanlı oyunları oldu. Ilk qarşılaşma Mobil Group+Formag və İlğım arasında oldu. Hər iki komanda ilk qalibiyyətləri qazanmaq və qrup mərhələsindən çıxmaq üçün mübarizə apardı. Lakin 1 qol üstünlüyü ilə Mobil Group+Formag qalib gələrək qrupdan çıxmağa nail oldu.

Digər maraqlı oyun isə Evsetra və Erz Ofis Mebelləri arasında oldu. Həyəcanlı oyun nəticəsində Evsetra əzmkar mübarizəsini qoruyub saxlayaraq 8-6 hesabla qalib gəldi və qrupdan çıxmağa nail oldu.

Turnirin gedişatı haqqında məlumatlar üçün bizi izləməyə davam edin:

https://www.instagram.com/qolatofficial  

https://www.facebook.com/qolatsportservices/  

https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw  

Əlaqə nömrələri:    
055 527 10 40 (Zəng və WhatsApp)    
070 814 91 66 (Təcili zənglər)      


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
QOLAT + E-QOLAT
QOLAT + E-QOLAT
E-QOLAT.COM rəsmi qeydiyyatı olan onlayn ticarət mağazasıdır. Xüsusi ilə idman geyimləri üzərə ixtisaslaşan onlayn ticarət mağazası olmaqla yanaşı, digər geyim və ya idman alətlərinin onlayn...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON Energy'nin baş sponsorluğuya, QOLAT Sport Services'in təşkil etdiyi tələbələr arası mini futbol turnirinə qeydiyyat davam edir, qeydiyyat zamanı ən çox verilən suallar və onların...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Ölkə Futbolu
"MARSOL Mini Futbol turniri 2023" püşk atma mərasimi
28 oktyabr tarixində QOLAT Sport Service’nin təşilatçılığı, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi-KOBİA, İşadamları Cəmiyyəyinin Milli Asossasiyası-İCMA, “MARSOL” MMC-nin...