MARSOL - "ZƏFƏR" kubokunda ilk turun analizi

MARSOL -

MARSOL - "ZƏFƏR" kubokunda ilk turun analizi

Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş, Marsoll-a üzv olan 32 komandanın iştirakı ilə həyata keçirilən MARSOL Mini Futbol Turniri 2022-“Zəfər Kuboku”-nda ilk həftə həyacanı arxada qaldı.

8 Qrupda 32 komandanın iştirakı ilə start götürən turnirdə ilk tur bir sıra maraqlı və sürpriz nəticələrlə yadda qaldı. Gərgin və maraqlı idman mübarizəsi ilə baş tutan ilk turun qruplar üzrə geniş analizini sizlərə təqdim edirik:

A qrupu.

A qrupunun ilk turunda turnirin iki debütantı VMR+ İvento və SOCAR Petrolium komandaları üz-üzə gəldi. Oyunun ilk dəqiqələrində başabaş oyun sərgiləyən hər iki komanda arasında gərgin mübarizə SOCAR Petrolium komandasının ikinci yarıda üstünlüyü ələ alması ilə hesaba da öz təsirini göstərdi. Yekunda VMR+İvento kollektivinə 9-1 hesabı ilə qalib gələn Ruslan Məmmədovun kapitanlıq etdiyi SOCAR Petrolium kollektivi turnirin qalibi olmaq iddiasını daha ilk turdan ortaya qoydu. Oyunda VMR+İvento komandasının qapıçısı Təbriz inanılmaz seyvləri VMR+İvento komandasını daha böyük hesablı məğlubiyyətdən xilas etdi.

Qrupun ikinci maçında “Marsoll Mini Futbol Turniri 2021”-in 4/1 finalçısı və turnirin əsas favoritlərindən biri KOBİA komandası, bir neçə Marsoll üzv şirkətinin rəhbərlərinin birləşməsindən yaranan Biznesmenlər komandasına 19-1 hesabı ilə qalib gəldi. Səid Abasovun 12 qolu ilə yadda qalan oyunda Biznesmenlər komandasının yeganə qolunun müəllifi Səbuhi Orucov oldu. Bu qələbə sayəsində top fərqi ilə liderliyə yüksələn KOBİA kollektivi qrupu lider tamamlamaq üçün böyük bir addım atmış oldu.

B qrupu

B qrupunda çıxış edən turnirin ötənilki iştirakçısı Saloni Mebel kollektivi turnirin debütantı MVC Qrup kollektivinə 9-2 hesabı ilə qalib gələrək, ötən ildən fərqli olaraq bu il daha döyüşkən kollektiv olduğunu ortaya qoymuş oldu. Murad Məmmədovun MVC Qrup komandasının heyyətində dublla yadda qalsa da məğlubiyyətdən qaçmağa yetərli olmadı. Qeyd edək ki, turun təxirə salınan digər oyununda CEO FC komandası BF Qrupla üz-üzə gələcək.

C qrupu

Bu qrupda ötən mövsümün 3-cüsü olmuş Pimapen komandası turnirin debütantlarından biri olan Formag+Prime komandası ilə üz-üzə gəldi. İlk turda çətin rəqiblə üz-üzə gəlməsimə baxmayaraq rəqibinə ciddi müqavimət göstərən Formag+Prime komandası son anlara doğru üstünlüyü əldən verərək təcrübəli Pimapen komandasına 5-1 hesabı ilə məğlub oldu. Qeyd edək ki, turun təxirə salınan digər oyununda isə Vision Academy komandası AvtoDetal komandası ilə üz-üzə gələcək.

D qrupu

Turnir başlamadan öncə ən iddialı komandaların da yer aldığı bu qrupda turnirin ötən ilki iki komandası olan Mesa Qrup komandası Katsan Qrup komandası ilə üz-üzə gəldi. Turnirə daha iddialı hazırlaşan Katsan Qrup komandası bu oyunda Mesa Qrup kollektivinə 11-1 hesabı ilə qalib gələrək turnir cədvəlinin ilk pilləsinə yüksəldi. Pərviz Xəlilovun qolu Mesa Qrup üçün təsəllidən başqa bir şey olmadı. Qeyd edək ki, turun təxirə salınan digər oyununda ötən ilki finalçı Mibella Mebel komandası turnirin ötən ilki playy-off-çusu Sirab komandası ilə üz-üzə gələcək.

E qrupu

E qrupunda turnirin favoritlərindən biri olan Lassa komandası SG Logistics komandası ilə mübarizədə 13-1 hesabı ilə inamlı qələbə qazanaraq daha ilk turdan turnirə nə qədər ciddi hazırlaşdıqlarını ortaya qoydular. Əsgər Alişanovun poker etdiyi görüşdə SG Logistics-dən yeganə qolu Əkbər Atakişiyev öz aktivinə yazdıraraq, komandasını quru hesablı məğlubiyyətdən xilas etdi.

Turun digər görüşündə isə yığma komanda olan Sahibkarlar komandası Apply-Uni komandasına qarşı ilk dəqiqələrdən üstün oyun sərgiləyərək 9-0 hesabı ilə qalib gəldi.

F qrupu

Bu qrupda mübarizə aparan, turnirin debütantı ArchiCO Engineering komandası TEKAZ MMC komandası ilə mübarizədə əzmkarcoyun sərgilərək 4-3 hesabı ilə qələbə qazandı.

Qrupun maraqla keçən digər oyununda isə turnirin iddialı komandalarından biri olan ADRA komandası, turnirin debütantlarından biri olan Profdez komandası ilə üz-üzə gəldi. Çoxları bu görüşdə ADRA komandasının rahat qələbə qazanacağını gözləsə də, son saniyələrə qədər gərgin mübarizə şəraitində keçən bir görüş kimi yadda qaldı. Azər İsmayılovun Pentantriki komandasını məğlubiyyətdən xilas etməyə yetmədi və yekunda ADRA komandası 7-6 hesabı ilə qalib gəlməyi bacardı.

G qrupu

Ölüm qrupu sayılan bu qrupda baş tutan ilk turun nəticələrindən sonra bütün komandaların turnirə necə ciddi hazırlaşdığını açıq-aşkar göstərmiş oldu. İlk turda üz-üzə gələn Vəlioğlu-BHB Media komandaları arasındakı oyunda favorit tərəf Vəlioğlu komandası sayılsada BHB Media komandası turnirin demək olar ki, ilk sürprizini edərək iddialı Vəlioğlu komandasından 1 xal almağa nail oldu. Yekunda 7-7 bitən oyunda Vəlioğlu komandasının kapitanı Sərdar Nəcəfov və BHB Media komandasından Fəqan zeynalov hərəyə 4 qolla yadda qaldılar.

Qrupun digər oyunu isə Novator komandası və Finplast komandaları arasında baş tutdu. Texniki məğlubiyyət alan Novator komandası turnirdən kənarlaşdırıldı.

H qrupu

H qrupunda yer alan və turnirin ötən ilki qalibi Kapital Bank komandası ilk turda Slavyanka Komandasına qarşı oyunda 15-1 hesabı ilə qalib gələrək turnirə qaldıqları yerdən davam edirlər. Əsas heyyət üzvlərindən Elmir Fətəliyevin meydana çıxmadığı oyunda komandanın liderlərindən biri olan Nadir Məmmədli 4 qolla komandasının qələbəsində böyük pay sahibi oldu.

Qrupun digər maçında isə turnirin ötən köhnə tanışları olan iki komanda Modern Hospital və Az Estetik komandaları üz-üzə gəldilər. Daha təcrübəli olan Az Estetik komandası ilk turda Modern Hospital komandasına 9-1 hesabı ilə qalib gələrək qrupdan çıxmaq yolunda böyük bir addım atmış oldu.

Qeyd edək ki, turnir QOLAT Sport Servicenin təşkilatçılığı, MARSOLL və KOBİA-nın tərəfdaşlığlı, TEKAZ MMC-nin baş sponsorluğu ilə həyata keçirilir. Turnirin Media tərədaşı BHB Media , promo tərəfdaşı isə Moon Group şirkətdir. 

 


Müəllif : QOLAT.COM

Şərhlər (0)

Həmçinin oxu

II Bizon Student Cup
"II Bizon Student Cup" üçün qeydiyyatı başladı!
Ölkənin  sevilən enerji içkisi olan “Bizon Energy”nin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon Student Cup 2 Mini Futbol Turnirinə qeydiyyat...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Ölkənin ən peşakar idman oyunlarının təşkilində özünəməxsus yeri olan Qolat Sport Service layihələrinə qaldığı yerdən davam edir. Uşaqlar və gənclər arasında müxtılif növ idman...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də II Tur
QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı.  Həyəcanlı və sürpriz nəticələrlə yadda...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON Energy'nin baş sponsorluğuya, QOLAT Sport Services'in təşkil etdiyi tələbələr arası mini futbol turnirinə qeydiyyat davam edir, qeydiyyat zamanı ən çox verilən suallar və onların...