Avropa Liqası finalında "Çelsi" darmadağınla qalib gəldi

Avropa Liqası finalında

Avropa Liqası finalında "Çelsi" darmadağınla qalib gəldi

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Qolat.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub. 

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edib. 

İngiltərə Premyer Liqasında 3-cü olan “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparıb. “Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışıb.

Görüş isə "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub. 

Matçda ilk qola 49-cu dəqiqədə Oliviye Jiru imza atıb. O, Emerson Palmierinin ötürməsindən sonra fərqlənib. 11 dəqiqə sonra "Çelsi" fərqi 2 topa çatdırıb. Bu dəfə Pedro Rodriqes rəqibi mərkəzə dəvət edib. Komanda yoldaşına məhsuldar ötürmə verən Azar ardınca penaltidən özü fərqlənib. 

Bundan sonra "Arsenal" özündə güc taparaq fərqi azaldıb. Aleks İvobi baxımlı qolla azarkeşlərin alqışını qazanıb. Lakin "topçular"ın bundan artığına gücü çatmayıb. "Çelsi" 72-ci dəqiqədə Azarla 4-cü qolu vurub. 

Bu, matçda sonuncu qol olub. Nəticədə “Çelsi” mövsümü titulla başa vurub. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"Neftçi" "Arsenal"ı məğlub etdi
İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal" (Tula) klubu Bakının "Neftçi" komandası ilə...
Ölkə Futbolu
Ramil Şeydayevin transfer qiyməti artdı 
Ramil Şeydayevin transfer qiyməti artdı 
Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb. Qolat.com-un məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin qiymətində...
Digər idman növləri
Növbəti Stolüstü Tennis Turnirimiz gəlir!
Növbəti Stolüstü Tennis Turnirimiz gəlir!
QOLAT Sport Services olaraq 2020-ci ilə böyük hədəflərlə başladıq. İlk rəsmi əməkdaşlıq MARSOL - Partners & Business üzvlüyünə qəbul olunduq. Marsol MMC 2017-ci ildən...
Digər idman növləri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
MARSOL'un üzv şirkətləri arasında keçirilən stol üstü tennis turniri çox maraqlı oldu, əlliyə yaxın şirkət rəhbər əməkdaşlarının qatıldığı stol üstü tennis...