"Qarabağ" ÇL-in üçüncü təsnifat mərhələsində

"Qarabağ" ÇL-in üçüncü təsnifat mərhələsində

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 31-də keçirilən “Qarabağ” - “Dundalk” oyunu başa çatıb.

Qolat.com-un məlumatına görə, görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab erkən qolla açıla bilərdi. Belə ki, Riçard Almeydanın ötürməsindən sonra Mahir Emrəli qapıçı ilə təkbətək qalıb. Azərbaycan milli komandasının futbolçusunun vurduğu zərbə qapıdan yan keçib. Görüşün 13-ü dəqiqəsində ağdamlılar hesabı açmağa nail olublar. “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romeo uzaq məsafədən yaxın küncü dəqiq nişan alaraq baxımlı qola imza atıb - 1:0. Qoldan sonra hücumlarını dayandırmayan “Qarabağ” növbəti təhlükəli vəziyyəti görüşün 24-cu dəqiqəsində yaradıb. Ailtonun cinah ötürməsindən sonra Filip Ozobiçin qapıya vurduğu zərbəni rəqibin qapıçısı uzaqlaşdıra bilib. Həmin epizodda Filip Ozobiç zədələnərək meydanı tərk edib. Onun yerinə meydana Dani Kintana çıxıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Qarşılaşmanın ikinci hissəsində daha üstün oyun nümayiş etdirən “Qarabağ” ikinci hissədə daha iki qol vurub. Matçın 76-ci dəqiqəsində Ailton Maksim Medvedevin cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib - 2:0. Oyunun 87-ci dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Xayme Romeo adını tabloya yazdıraraq oyunda dubla imza atıb.

Görüş 3:0 hesabı ilə “Qarabağ” klubunun xeyrinə başa çatıb.

Beləliklə, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.

“Qarabağ”ın növbəti mərhələdəki rəqibi Kipr təmsilçisi APOEL olacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
Sabah Çempionlar Liqasında cavab oyunlarına start veriləcək. Qolat.com-un məlumatına görə, yarımfinalçıların müəyyənləşdiyi ilk oyun günündə iki matç...
Ölkə Futbolu
“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”
“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”
“İstəyirik ki, əsas komandanın start heyətindəki 11 nəfərin hamısı öz yetirməmiz olsun”. Qolat.com-un məlumatına görə, bunu “Report”a “Qəbələ” Futbol...
Dünya Futbolu
AVRO-2020: Türkiyədən böyükhesablı qələbə, Ronaldo pokerə imza atdı - İcmal
AVRO-2020: Türkiyədən böyükhesablı qələbə, Ronaldo pokerə imza atdı - İcmal
Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI tura yekun vurulub. APA-nın məlumatına görə, A, B və H qruplarında yeddi qarşılaşma keçirilib. A qrupunda İngiltərə Kosovo ilə...
Dünya Futbolu
Eden Azar
Eden Azar "Real Madrid"də
İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar İspaniya "Real Madrid"inə transfer olub. Qolat.com-un məlumatına görə, belçikalı yarımmüdafiəçi ilə 5...