"Fənərbaxça" darmadağın oldu, Real uduzdu - İcmal

"Fənərbaxça" darmadağın oldu, Real uduzdu - İcmal

"Real Madrid" yeni mövsümə hazırlıqlar çərçivəsində növbəti oyununu keçirib.

Qolat.com-un məlumatına görə, "Kral klubu" "Audi Cup" turnirinin ½ final mərhələsində "Alyans Arena"da "Tottenhem Hotspur"u ilə qarşılaşıb.

Oyun London klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu birinci hissəsinin ortalarında Harri Keyn vurub.

İngiltərə komandası finalda "Bavariya" (Münhen, Almaniya) - "Fənərbaxça" (İstanbul, Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

Almaniyanın "Bavariya" klubu "Audi Cup" turnirinin ½ final matçında Türkiyə "Fənərbaxça"sını darmadağın edib.

Münhenin "Alyans Arena" stadionunda keçirilən görüş 6:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Münhen klubunun heyətində Tomas Müller het-trik edib. Bundan əlavə Renatu Sanşeş, Leon Qoretska və Kinqsli Koman hərəyə bir dəfə fərqlənə bilib. Türkiyə klubunun təsəlli qolunu alman forvard Maks Kruze vurub.

"Bavariya" bu qələbə sayəsində finala vəsiqə qazanıb və əsas matçda İngiltərə "Tottenhem Hotspur"u ilə qarşılaşacaq. Oyun 31 iyul Bakı vaxtı ilə 22:30-da başlayacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Eden Azar
Eden Azar "Real Madrid"də
İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar İspaniya "Real Madrid"inə transfer olub. Qolat.com-un məlumatına görə, belçikalı yarımmüdafiəçi ilə 5...
Ölkə Futbolu
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri müəyyənləşdi
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Qolat.com-un məlumatına görə, aprelin 23-də...
Dünya Futbolu
Həftənin transfer xəbərləri - Siyahı
Həftənin transfer xəbərləri - Siyahı
Qolat.com həftənin transfer xəbərlərini təqdim edir: "Brügge" "Liverpul"dan 7 milyon avroya qapıçı Simon Minyoleni transfer edib. "Roma" Naço Fernandez...
Dünya Futbolu
Elə qol vurdu ki,...
Elə qol vurdu ki,...
Avropa Çempionatında bu günün ilk qarşılaşmasında Şotlandiya və Çexiya milliləri üz-üzə gəliblər. Alman Daniel Seibertin fit çaldığı matçda ilk qol 42-ci dəqiqəyə...