
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Qolat.com-un məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan qarşılaşmada “Tottenhem” İngiltərədə “Ayaks”ı qəbul edib.
Görüşdə bir qol vurulub. 15-ci dəqiqədə fərqlənən Hollandiya klubu Londondan qələbə ilə ayrılıb. Komandalar arasında cavab oyunu mayın 8-də Amsterdamda baş tutacaq.
Qeyd edək ki, yarımfinalın ilk oyunları çərçivəsində digər matç mayın 1-də keçiriləcək. “Barselona” (İspaniya) öz meydanında “Liverpul”la (İngiltərə) üz-üzə gələcək.
Fransa Liqa1-də XXXIV turun daha bir oyunu keçirilib.
Günün yeganə matçında “Monpelye” PSJ-ni qəbul edib.
Görüşün ilk hissəsi iki avtoqolla diqqət çəkib. Komandalar hərəyə bir dəfə xətaya yol verib.
Fasilədən sonra parislilər önə çıxsalar da, çempionluğu təmin edən komanda üstünlüyünü əldən verib.
Qeyd edək ki, turun son oyunu mayın 1-də “Renn”lə “Monako” arasında keçiriləcək.
Müəllif : Qolat.com
Şərhlər (0)