VI Dostluq Cup - Qaydalar
VI DOSTLUQ CUP’ın Əsasnaməsi
Giriş
QOLAT MMC şirkəti VI DOSTLUQ CUP mini futbol turnirini təşkil edərək, həvəskarlar arasında futbolun təbliğini təmin etmək, turnirdə baş tutacaq olan oyunları təşkil etmək və qalibləri müəyyən etmək və eyni zamanda oyunların gedişatına nəzarət edəcəkdir.
QOLAT MMC-nin vəzifələri
- Oyunların oynanılacağı stadionları təşkil edilməsi;
- Oyunları idarə etmək üçün AFFA dərəcəli hakimlərin təyin edilməsi;
- Kapitanlarla püşkatma və digər mərasimlərin keçirilməsi;
- Oyunların vaxtının cədvələ görə təyin edilməsi;
- Yaranan problem və mübahisəli məsələlərin həll edilməsi.
Büdcə
- Komandaların VI DOSTLUQ CUP mini futbol turnirinə giriş üçün qatılma haqqı 100 AZN-dir. Çempionat başlamadan öncə müqavilə zamanı ödəniləcək olan məbləğdir. Bu ödənişdən əlavə heç bir ödəniş yoxdur.
- Hər oyun zamanı isə bir komanda üçün olan ödəniş 30 AZN təşkil edir.
Mükafatlar
- " VI DOSTLUQ CUP " Mini Futbol turnirində :
- 1-ci yer tutan komandaya , kubok, medal , diplom təqdim ediləcəkdir.
- 2-ci yer tutan komandaya, kubok təqdim ediləcəkdir.
- 3-ci yer tutan komandaya, kubok təqdim ediləcəkdir.
- Turnirin ən çox qol vuran oyunçusuna xüsusi mükafat veriləcəkdir.
- Turnirin ən yaxşı qapıçısına xüsusi mükafat veriləcəkdir.
Oyunların keçirilmə zamanı
- QOLAT MMC-nin təşkil etdiyi oyunlar əsasən həftə sonu, yəni Bazar günü keçiriləcəkdir. Yalnız, fors major vəziyyətdə istisna hallar ola bilər.
Komandaların Öhdəlikləri
- Komanda kapitanı www.qolat.com saytına daxil olaraq KOMANDANI YARAT bölməsindən öz komandasını yaratmalı, eləcədə komanda üzvlərinə aid məlumatları qeyd etməlidir.
- İştirakçı komandalar turnir başladıqdan sonra qeydiyyat siyahısına saldıqları oyunçulardan əlavə oyunçu gətirə bilməzlər.
- Hər oyun öncəsi oyun protokolunda adları qeyd edilən oyunçular meydançaya çıxa bilər, oyun protokolunda adı olmayan oyunçular həmin oyunda oynaya bilməz, belə hala rast gəlinərsə komandaya texniki məğlubiyyət veriləcək.
- Komanda onu təmsil edən və ya meydançada dəstəkləyən hər hansı şəxsin (futbolçular, azarkeşlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.
- Hər komanda özünə kapitan təyin etməli və ilkin qeydiyyat zamanı kapitan öz əlaqə vasitələrini göstərməlidir.
- Komandalar oyun zamanı hakimlərə hörmətlə yanaşmalı, onların işinə müdaxilə etməməli və onlara qarşı hər hansı təhqir və ya fiziki təziqə yol verməməlidirlər. Əks halda Təşkilatçı (QOLAT MMC) tərəfindən cəzalandırıla bilərlər. Cəza komandanın fərdi üzvünə və ya bir neçə üzvünə tətbiq edilə bilər.
Komandaların Heyyətinin təşkili
- Bir komanda maksimum 16 – minimum 6 oyunçudan ibarət ola bilər, lakin meydanda yəni oyun zamanı 5 oyunçu , 1 qapıçı olmaqla toplamda 6 nəfər iştirak edə bilər.
- Qeydiyyat zamanı hər komandadan 1 nəfər kapitan olaraq bildirilməlidir.
- Kapitanlar püşkatmaya qatılmalıdırlar və komandalarının üzvlərini bizə bildirməklə məsuldurlar. Saytdan onlayn qeydiyyatdan keçən oyunçular turnirdə iştirak etmə hüququ əldə edir. Eləcədə onlayn qeydiyyat zamanı komanda üzvlərinin şəkilləri və şəxsiyyət vəsiqələri portala yüklənməlidir.
Müsabiqə sistemi / Qrup mərhələsi
- VI DOSTLUQ CUP – qrup mərhələli turnir olub, hər qrupda 4 komanda yer almaqdadır və 32 komandanın iştirakı nəzərdə tutulmuşdur.
- Qrupların və qarşılaşmaların müəyyən olunması püşkatmayla təyin ediləcəkdir.
- Qrup mərhələsində hər bir komanda 3 oyun keçirəcəkdir. Qrup mərhələsində qalibiyyət 3 xal, bərabərlik 1 xal, məğlubiyyət 0 xaldır.
- İlk olaraq qrupdan yalnız ən çox xal toplamış ilk iki komanda növbəti tura keçir.
- Əgər qrupda bir neçə komandanın xal sayı eynidirsə, o zaman öz aralarındakı oynanılan oyunlara görə sıra müəyyənləşəcək.
- Əgər qrupda bir neçə komandanın xal sayı və öz aralarındakı oyun nəticəsi və müsbət qol sayı da eynidirsə, o zaman top fərqi əsas götürüləcəkdir, yəni daha çox qol vurmuş komanda növbəti tura keçəcəkdir.
- Əgər qrupda bir neçə komandanın xal sayı və öz aralarındakı oyun nəticəsi və müsbət qol sayı da eynidirsə və top fərqi də eynidirsə , bu zaman komandaların aldığları sarı və qırmızı kartlar hesablanacaq ( 2 sarı = 1 qırmızı) daha az kart alan komanda üst sıraya keçəcəkdir.
- Ələmə mərhələlərində məğlub olan komandalar müsabiqəni tərk edəcəkdir.
- Yarımfinalda məğlub olan komandalar 3-cü yer uğrunda 1 oyun daha keçirəcəklər.
- Ələmə mərhələsində bərabər bitən oyunlarda qalibi müəyyən etmək üçün 5 penalti vuruşları olacaqdır. Protokolda adı olan istənilən oyunçu penal vura bilər, penal vuruşları zamanı komanda qapıçını dəyişə bilər. Penal 6 metrdən vurulacaqdır.
- Oyunlar 50 dəqiqə oynanılacaqdır.
- 25 dəqiqəlik 2 hissədən ibarətdir;
- hissələr arası 5 dəqiqəlik fasilə olacaqdır;
- 1 oyun vaxtı maksimum 1 saat ola bilər.
Oyun qaydaları
- Oyunun istənilən vaxtında meydançada 6 oyunçu olmalıdır (1+5) , oyundan çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Oyunçu dəyişikliyində limit yoxdur.
- Ehtiyat oyunçu sadəcə komanda yoldaşı meydançanı tərk etdikdə, stadionun mərkəz hissəsindən meydana daxil ola bilər.
- Hansısa komanda istənilən oyunda protokola daxil etmədiyi oyunçudan istifadə edərsə (həmin oyunçu ilkin qeydiyyat zamanı siyahısında olsa belə, lipa sayılacaq) və həmin oyunda qalib gələrsə, oyunun nəticəsi ləğv olunacaq, lipadan istifadə edən komandaya texniki məğlubiyyət veriləcək (0:3) və 3 xal rəqib komandanın hesabıba yazılacaqdır.
- Oyundan kənar vəziyyət yoxdur.
- Yan xətdən topun oyuna daxil edilməsi ayaq zərbəsiylə baş tutmalıdır.Yan xətdən birbaşa qapıya vurulan qollar qeydə alınmayacaqdır.
- Yan xətdən topu oyuna daxil edən oyunçu hakimdən rəqibin 5 metrə məsafədə durmağını tələb edə bilər, əks halda ən az 2 metr məsafə olmalıdır. Cərimə zərbələri zamanı bu məsafə ən az 5 metr olmalıdır.
- Turnirdə qapıçı qapıdan zərbə zamanı topu yalnız əli ilə oyuna daxil edə bilər. Eləcə də, oyunçu öz qapıçısına ayaqla pas ötürərsə, qapıçı topu əlinə ala bilməz. Əgər oyunçu öz qapıçısına ayaqla pas ötürdükdən sonra qapıçı topu əlinə alarsa, bu zaman həmin komandanın qapısına sərbəst zərbə təyin olunacaq. Oyunçu öz qapıçısına yalnız başı və sinəsi ilə pas ötürdüyü halda, qapıçı topu əlinə ala bilər.
- Turnirdə oyunlar 5 nomrə topla oynanılacaqdır.
- Oyun zamanı 6-cı dəfə cərimə qaydasını pozan komandanın qapısına 10 metirlik cərimə zərbəsi təyin edilir. Cərimə zərbəsi yerinə yetirildikdən sonra cərimələr sıfırlanır. Birinci hissədə yığılan cərimələr 2-ci hissəyə keçmir.
- Oyunçusu qırmızı kart alıb meydanı tərk etmiş komanda həmən oyunu 10 dəqiqə azlıqda keçirir və qırmızı kartı almış oyunçu həmin oyunda iştirak edə bilməz, sadəcə 10 dəqiqə azlıqda oynadıqdan sonra komanda başqa bir oyunçuyla tamamlana bilər.
- Bir başa qırmızı kart alan oyunçu növbəti oyunu buraxır, 2 sarıdan qırmızı kart alan oyunçu növbəti oyunda oynaya bilər.
- Pley-oflarda heç heçə qeydə alınarsa 5 dəqiqəlik əlavə vaxt təyin edilir. Əlavə vaxtda əgər qalib müəyyənləşmirsə penalti vuruşlarıyla qalib müəyyən edilir.
- Penaltilər növbə ilə hər komanda 5 zərbə vurur, komandanın istənilən oyunçusu zərbəni yerinə yetirə bilər və komanda penaltilərdə qapıçını dəyişə bilər. Heç heçə olarsa, qalib təyin olunana qədər hər komanda 1 zərbə vuracaqdır.
- Etik qaydaları və idman normalarını pozan oyunçular üçün bir neçə oyunluq cəzalar tətbiq olunacaqdır.
- Komanda oyunun başlama saatından 15 dəqiqə öncə hazır vəziyyətdə olmalı, oyun protokolunu imzalayaraq təşkilatçı nümayəndəyə təqdim etməlidir. Oyun başladığı saatdan 15 dəqiqə keçmişsə və komanda ən azı 4 nəfərlə meydançada olmazsa, komandaya texniki məğlubiyyət ( 0:3) veriləcəkdir və rəqib komandaya 3 xal veriləcəkdir.
- Bundan başqa, oyunçular stadiona butsu ilə, eləcə də, rəqibə və ya özünə təhlükə törədəcək , -qolbağ, bilərzik, boyunbağ, saat, kəsici alətlər və s. kimi əşyalardan istifadə etməsi qadağandır. Oyun zamanı belə hala rast gəlinərsə oyunun hakimi tərəfindən oyunçuya və ümumilikdə komandaya cəza tətbiq ediləcəkdir.
- Müsabiqə zamanı baş verən münaqişələri təşkilatçı qurum QOLAT MMC həll edəcəkdir.
f
Fors-major hallar
- Kəskin hava şəraitində və ya meydançanın oyun üçün yararlı olmadığı hallarda təşkilatçı qurumun oyunu başqa tarixdə təşkil etmək hüququ vardır , əks təqdirdə heç bir halda oyun saatları dəyişdirilə bilməz.
Geyim
- Oyunçular idman formaları və idman ayaqqabıları ilə oyuna çıxmalıdırlar, əks halda oynamalarına icazə verilməyəcəkdir.
- Oyunçular stadiona butsu ilə, eləcə də, rəqibə və ya özünə təhlükə törədəcək , -qolbağ, bilərzik, boyunbağ, saat, kəsici alətlər və s. kimi əşyalardan istifadə etməsi qadağandır. Oyun zamanı belə hala rast gəlinərsə oyunun hakimi tərəfindən oyunçuya və ümumilikdə komandaya cəza tətbiq ediləcəkdir.
- Komandanın oyunçuları eyni rəngli və ya nömrəli formalarla oyunda iştirak etməlidirlər. Oyunlara formayla çıxa bilməyən komandalara QOLAT Sport Services tərəfindən formalar veriləcəkdir, oyundan öncə , oyun zamanı və sonrası tərəfimizdən təqdim edilən formaların yırtılmasına və eləcə də itməsinə görə məsuliyyəti komanda kapitanı daşıyır və əks halda kompensasiya dəyəri 35 AZN-dir.
Mübahisəli məsələlərə baxılması:
- QOLAT MMC tərəfindən təşkil olunan VI DOSTLUQ CUP Mini Futbol turnirində mübahisəli məsələlərə QOLAT Təşkilatı Komitəsi tərəfindən baxılacaqdır. Etiraz edən komanda müraciət ərizəsini 1 gün müddətində yazılı və imzalı şəkildə təşkilatçı qruma verməlidir. Təşkilatçı qurum isə 2 gün müddətində müraciətə cavab olaraq qərar verməlidir.
- VI DOSTLUQ CUP mini futbol turnirində qaydalara uyğun olmayan oyunçunu siyahıya salan komandalarla mübahisəli məsələlər yaranarsa, QOLAT MMC həmin komandaların işinə baxılması üçün AzWestGroup MMC Hüquq şirkətinə müraciət edəcəkdir. QOLAT MMC-nin təşkil etdiyi turnirə zərər verdiyi üçün həmin komandalar üçün cərimələr tətbiq oluna bilər, dəymiş zərərin ödənilməsi ola bilər, turnirdən uzaqlaşdırma ola bilər. VI DOSTLUQ CUP Mini Fubtol turnirində “zərər” anlayışı reqalamentə uyğun olmayan oyunçuların heyyətə salınması nəzərdə tutulur.
Əsasnamədə dəyişikliklər
- Bu sənəddə qeyd olunan qaydalar çempionat zamanı əmələ gələn məcburi vəziyyətlər zamanı yenilənə və ya dəyişdirilə bilər. Sözügedən hallar internet səhifəmizdə və sosial şəbəkələrdə qabaqcadan elan ediləcəkdir.
- Eləcədə , çempionat başladıqdan sonra və müddətində VI DOSTLUQ CUP mini futbol turnirinin əsasnaməsində (qaydalarında) dəyişikliklər və düzəlişlər edilə bilər.
Əsasnamədə istifadə edilən sözlər üçün izah:
- Reqlament – turnirin ümumi əsasnaməsini nəzərdə tutur.
- Protokol – hər oyun öncəsi komandanın həmin gün üçün olan oyunçu siyahısı.
- Penal – VI DOSTLUQ CUP Mini Futbol turnirində 6 metrdən vurulan zərbədir. Bir oyunçu tərəfindən vurulan və qarşısında tək maneə qapını qoruyan rəqib oyunçudur.
- Zərər anlayışı - VI DOSTLUQ CUP Mini Fubtol turnirində “zərər” anlayışı əsasən reqalamentə uyğun olmayan oyunçuların heyyətə salınması nəzərdə tutulur.
Son qeydiyyat tarixi : 2030-11-09
Çempionatın başlama tarixi : 2018-11-11
Komandaya qoşul