Nihat Kahveci - Bakıda

Nihat Kahveci - Bakıda

Nihat Kahveci - Bakıda

QOLAT Sport Services olaraq sizlərə çox maraqlı bir tədbir haqqında məlumat vermək istərdik, daimi əməkdaşlıq etdiyimiz Baku Business School təşkilatçılığı ilə möhtəşəm tədbir keçiriləcəkdir. 

Ətraflı olaraq qeyd edək ki, fevral ayının 23-də Türkiyənin tanınmış spikerlərinin təqdimatında Bakı Fərdi İnkişaf Zirvəsi keçiriləcəkdir. Fərdi İnkişaf Zirvəsində Türk Futbolunun məşhur siması, Azərbaycanda da yetəri qədər sevilən futbolçu Nihat Kahveci , eləcədə “TRT Spor” Aparıcısı Erdoğan Arıkan,  TRT Haber “ Aparıcısı Tijen Karaş və İş Adamı Mustafa Açıkgözün çıxışları olacaqdır.

Bir günlük seminarın mövzuları olduqca maraqlı və aktualdır ,mövzular aşağıdakı kimidir.

  1.  Nihat Kahveci - Uğura Gedən Yolda İnam və Cəsarətin İdarə Edilməsi
  2.  Tijen Karaş - Bədən Dili və Diksiya
  3.  Erdoğan Arıkan -Auditoriya qarşısında çıxış və Nitq Sənəti
  4.  Mustafa Açıkgöz -Təşəbbüskarlıqdan Sahibkarlığa

  İdmanda uğur qazanmaq yalnız məşqlərdən ibarət deyil, eyni zamanda həmin idmanın texniki və elmi hissəsini də mükəmməl bilmək lazımdır, məhz bu kimi seminarlarda sizlər bu bilgilərinizi artıra bilərsiniz. 

İştirak etmək istəyənlər aşağıda qeyd etdiyimiz ünvandan biletləri əldə edə bilərlər.

Biletlər üçün:
Caspian Business Center 3-cü mərtəbə -Baku Business School ofisi
C Cabbarlı küç,.44

(+994 12) 404 75 36  /  (+994 50) 508 11 61

Tədbirin keçirilmə məkanı və tarixi:

https://bit.ly/3618Rro

Tarix: 23 Fevral 2020
Qeydiyyat : 12:00
Tədbir başlama Saatı: 13:00
Yer: Avropa Azərbaycan məktəbi Konfrans Zalı
Speaker sayı: 4

Təşkilatçı: Baku Business School
Kreatif Tərəfdaş : Duyme Agency

Tədbir linki : https://bit.ly/3618Rro
 Spikerlər:

1. Nihat Kahveci - Futbolçu və Texnik Direktor
2.Tijen Karaş - TRT Xəbər və Tedx Spiker
3.Erdoğan Arıkan - TRT İdman və Tedx Spiker
4.Mustafa Açıkgöz - Joven Academia - Təsisiçi və Futbol Meneceri


Əməkdaşımız Baku Business School'a bu möhtəşəm tədbirdə uğurlar arzu edirik. 

 

 

 


Müəllif : www.qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
AFFA-dan UEFA-ya Mxitaryan cavabı
AFFA-dan UEFA-ya Mxitaryan cavabı
UEFA İngiltərənin “Arsenal” klubunun ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı ilə bağlı mövqeyini...
Ölkə Futbolu
Nikola Yurçeviçi istefaya göndərildi!
Nikola Yurçeviçi istefaya göndərildi!
AFFA Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçi istefaya göndərib.  52 yaşlı çalışdırıcı ötən ilin fevralında milliyə baş məşqçi təyin olunmuşdu....
Dünya Futbolu
Mourinyo:
Mourinyo: "Messi bu mövsüm "Qızıl top"a layiq deyil"
"Barselona"nın argentinalı hücumçusu Lionel Messi bu mövsüm "Qızıl top"a layiq deyil. Qolat.com-un məlumatına görə, bunu "Mançester Yunayted" klubunun...
Dünya Futbolu
“Mançester Siti”, “Trabzonspor”, “Milan” qalib gəldi, “Lester” məğlub oldu - İcmal
“Mançester Siti”, “Trabzonspor”, “Milan” qalib gəldi, “Lester” məğlub oldu - İcmal
Türkiyə Super Liqasında XXXI tura yekun vurulub. Qolat.com-un məlumatına görə, turun son günündə iki oyun keçirilib. Hər iki oyunda 6 qol qeydə alınıb. “Trabzonspor” evdə...