"Bavariya" və "Keşlə"dən darmadağın, "Barselona", "Çelsi", "Mançester Yunayted", "Zirə" xal itirdi - İcmal

"Bavariya" və "Keşlə"dən darmadağın, "Barselona", "Çelsi", "Mançester Yunayted", "Zirə" xal itirdi - İcmal

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.

Qolat.com-un məlumatına görə, turun ilk oyun günündə iki matç baş tutub.

Çempionata uğursuz başlayan "Qəbələ" "Keşlə"ni qəbul edib. Görüş bakılıların asan qələbəsi ilə yekunlaşıb. Ötən mövsümü son pillədə başa vuran Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda Azərbaycan kubokunun sahibini 4:0 hesabı ilə məğlub edib. 

Görüşdən sonra "Qəbələ"nin baş məşqçisi komandadan istefa verdiyini açıqlayıb və klub rəhbərliyi çalışdırıcının istəyini qəbul edib.

Ardınca "Zirə" "Sabah"ı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqlar ilk hissəni qalib bitirsələr də, sona 2 dəqiqə qalmış üstünlüyü əldən veriblər. "Zirə" matçın 48-ci dəqiqəsində isə penaltidən yararlana bilməyib. Cavid Hüseynovun zərbəsini qapıçı dəf edib. 

Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq. 

Almaniya Bundesliqasında III tur davam edir.

Turun ikinci oyun günündə 6 matç keçirilib.

"Bavariya" autsayder "Mayns"ı darmadağın edib, Dortmund "Borussiya"sı "Union"la bacarmayıb. "Volfsburq" da evdə "Paderborn"la oyunda xal itirib. "Herta" isə "Şalke"yə 0:3 hesabı ilə uduzduğu 0:3 hesablı matçda iki avtoqolla diqqət mərkəzinə düşüb. 

Qeyd edək ki, tura sentyabrın 1-də yekun vurulacaq.

İngiltərə Premyer Liqasında IV tura start verilib. 

Turun ilk oyun günündə 8 qarşılaşma keçirilib. 

Lider "Liverpul" və son çempion "Mançester Siti" günü 3 xalla başa vurublar. Onlardan fərqli, "Çelsi" və "Mançester Yunayted" yenə xal itkisi ilə üzləşiblər. 

Liderlər qrupunda qərarlaşan "Lester", "Kristal Pelas" və "Vest Hem" də qələbəyə seviniblər. 

Tura sentyabrın 1-də yekun vurulacaq. 

Türkiyə Super Liqasında III turun qarşılaşmaları davam edir. 

Turun ikinci oyun günündə 3 görüş keçirilib. 

Bu matçların hamısı "sülh"lə yekunlaşıb. "Beşiktaş" "Rizəspor"la hesabda geri düşdüyü qarşılaşmada bərabərlik qolunu vursa da, ikinci topa gücü çatmayıb. Lider "Dənizlispor" isə "Göztəpə" səfərində xal itkisi ilə üzləşib. İlk 2 qarşılaşmada qələbə qazanan komanda bu dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, III turun son 4 görüşü sentyabrın 1-də olacaq. 

İtaliya A seriyasında II turun matçları davam edir. 

Turun ikinci oyun günündə 2 görüş təşkil olunub. 

"Milan" "Breşiya"ya qalib gəlməklə, mövsümdə ilk qələbəsini qazanıb. Matçın taleyini Çalhanoğlunun yeganə qolu həll edib. 

"Yuventus" - "Napoli" duelində isə 7 qol vurulub. Ev sahibləri 3 top irəli çıxsalar da, ikinci hissədə üstünlüyü əldən veriblər. Turinlilər əlavə edilmiş dəqiqələrdə rəqibini məğlub etməyi bacarıblar. Bu qələbə də "Napoli"nin avtoqolu sayəsində rəsmiləşib.

Qeyd edək ki, turun digər matçları sentyabrın 1-də baş tutacaq. 

İspaniya Liqasında III tur davam edir. 

Turun ikinci günündə 4 matç oynanılıb. 

"Barselona" mövsümdə ikinci dəfə qələbə qazana bilməyib. Onlar "Osasuna" səfərindən heç-heçə ilə dönüblər. Kataloniyalılar hesabda geri düşdükdən sonra geridönüş etsələr də, sona 9 dəqiqə qalmış üstünlüyü əldən veriblər. 

"Hetafe" də "Alaves"lə bərabərə qaldığı halda, "Levante" və "Betis" qələbə qazanıblar. 

Qeyd edək ki, turun digər oyunları sentyabrın 1-də keçiriləcək.

Fransa Liqa1-də III tur davam edir.

Turun 5 matçı keçirilib.

Bu qarşılaşmalardan yalnız birində heç-heçə qeydə alınıb. "Lion" "Bordo" ilə oyunun ikinci hissəsində üstünlüyü əldən verib. 

Digər görüşlərin hamısında ev sahibləri qalib gəlib. Liderlər qrupunda qərarlaşan "Anje", "Nant" və "Tuluza" növbəti qələbələrini qazanıblar. "Nim" isə mövsümdə ilk 3 xalına sevinib. 

Tura sentyabrın 1-də yekun vurulacaq. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
“Formula-1”: Şarl Lekler ən sürətli oldu - İlk günün yekunu
“Formula-1”: Şarl Lekler ən sürətli oldu - İlk günün yekunu
“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. Qolat.com-un məlumatına görə, o,...
Dünya Futbolu
AC Milan FC Legends
AC Milan FC Legends
Dünya futbol tarixində iz qoymuş nəhəng klublar var. Dilindən, dinindən, irqindən asılı olmayaraq hamının sevdiyi, saydığı və adına, tarixinə hörmət etdiyi klublar. Bu klubların həm ölkə...
Dünya Futbolu
Dünyanın ən bahalı futbolçuları - Siyahı
Dünyanın ən bahalı futbolçuları - Siyahı
“CİES Football Observatory” Araşdırmalar Mərkəzi dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb. Qolat.com-un məlumatına görə, analitiklər planetin ən...
Dünya Futbolu
Neymar hansı kluba keçmək istəyir?
Neymar hansı kluba keçmək istəyir?
Braziliya millisinin futbolçusu Neymar yay fasiləsində PSJ klubunu tərk etməkdə qərarlıdır. Qolat.com-un məlumatına görə, hücumçu üçün prioritet variant sabiq klubu...