Çempionlar Liqasının püşkü atılacaq

Çempionlar Liqasının püşkü atılacaq

Çempionlar Liqasının püşkü atılacaq

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Qolat.com-un məlumatına görə, tədbir Monakoda baş tutacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünəcək. Bu klublardan 26-sı yarışa qrupdan başlayacaqsa, 6-sı təsnifat mərhələlərini adlayanlardır.

Püşkdən öncə iştirakçılar 4 səbətə bölünüblər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer alıb. Digər 24 klub reytinqinə görə sıralanıb. Türkiyə təmsilçisi “Qalatasaray” sonuncu “səkkizliy”ə daxil edilib.

Artıq qrup mərhələsinin turlarının təqvimi də bəllidir. I dövrənin matçları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin qarşılaşmaları noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də baş tutacaq. İlk iki yerin sahibi 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının püşkü həm də Gənclər Liqasının Çempionlar Liqası yoluna şamil olunacaq.

I səbət

“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Barselona” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Bavariya” (Almaniya)
PSJ (Fransa)
“Zenit” (Rusiya)

II səbət

“Real” (İspaniya)
“Atletiko” (İspaniya)
“Borussiya” (D, Almaniya)
“Napoli” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Tottenhem” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Benfika” (Portuqaliya)

III səbət

“Lion” (Fransa)
“Bayer” (Almaniya)
“Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Brügge” (Belçika)
“Valensiya” (İspaniya)
“İnter” (İtaliya)
“Dinamo” (Xorvatiya)

IV səbət

“Lokomotiv” (Rusiya)
“Genk” (Belçika)
“Qalatasaray” (Türkiyə)
“Leypsiq” (Almaniya)
“Slaviya” (Çexiya)
“Srvena Zvezda” (Serbiya)
“Atalanta” (İtaliya)
“Lill” (Fransa)


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
“Sabah”ın baş məşqçisi istefa verdi
“Sabah”ın baş məşqçisi istefa verdi
Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. Qolat.com-un məlumatına görə, "Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib.  Əsas...
Dünya Futbolu
İlin ən yaxşı bombardirləri - Siyahı
İlin ən yaxşı bombardirləri - Siyahı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Qolat.com-un məlumatına görə, cədvəldə ilin ilk dörd ayında...
Dünya Futbolu
Avropa Çempionatına damğa vuran hadisə!
Avropa Çempionatına damğa vuran hadisə!
Avropa Çempionatında baş tutan Danimarka - Finlandiya oyununda gözlənilməz hadisə baş verib. Danimarkalı yarımmüdafiəçi Christian Eriksen oyunun 42-ci dəqiqəsində huşunu itirib. Həkimlərin...
Ölkə Futbolu
QRUPLARDA SON
QRUPLARDA SON "VƏZİYYƏT"?!
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turniri tam sürətlə...