“Fənərbaxça”dan darmadağın, “Mançester Yunayted” səfərdə xal itirdi - İcmal

“Fənərbaxça”dan darmadağın, “Mançester Yunayted” səfərdə xal itirdi - İcmal

“Fənərbaxça”dan darmadağın, “Mançester Yunayted” səfərdə xal itirdi - İcmal

Türkiyə Super Liqasında I tura yekun vurulub.

Qolat.com-un məlumatına görə, turun son günündə bir qarşılaşma keçirilib.

“Fənərbaxça” İstanbulda “Qaziantep”i qəbul edib. Şəhərin digər iddialı komandaları – “Qalatasaray”, “Başakşəhər” və “Beşiktaş” mövsümə məğlubiyyətlə başlasa da, “sarı-lacivərdlilər” fərqli nəticəyə imza atıblar.

“Fənərbaxça” rəqibini beş cavabsız qolla darmadağın edib. İstanbullular artıq ilk 24 dəqiqədə üç qol vurmaqla gücünü nümayiş etdirib. Əmrə Bəlözoğlu isə 39 yaşında qol vurmağı bacarıb.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 23-26-da keçiriləcək.

Türkiyə Super Liqası
I tur
19 avqust
“Fənərbaxça” – “Qaziantep” – 5:0

Mozes, 6 (pen.), Muriqi, 17, Bəlözoğlu, 24 (pen.), Dirar, 74, Ferdi, 88

İngiltərə Premyer Liqasında II tura yekun vurulub.

Turun son oyun günündə 1 qarşılaşma keçirilib.

“Vulverhempton” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Qonaqlar ilk yarıda hesabı açsalar da, meydan sahibləri fasilədən sonra tarazlıq yarada biliblər – 1:1.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 23-25-də keçiriləcək.

İngiltərə Premyer Liqası
II tur
19 avqust
“Vulverhempton” – “Mançester Yunayted” – 1:1

Neves, 55 – Marsial, 27


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Avropa liqalarında son vəziyyət - İcmal
Avropa liqalarında son vəziyyət - İcmal
Almaniya Bundesliqasında XXIX  turun ilk oyunu keçirilib. Turun açılış matçı Nürnberqdə baş tutub. Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Nürnberq”...
Ölkə Futbolu
"Qarabağ" bu gün İrlandiya çempionu ilə qarşılaşacaq
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Qolat.com-un məlumatına görə, Ağdam təmsilçisi İrlandiyada “Dandolk” komandası...
Dünya Futbolu
“Qalatasaray” liderə çata bilmədi
“Qalatasaray” liderə çata bilmədi
Türkiyə Super Liqasında XXX tur başa çatıb. Qolat.com-un məlumatına görə, bu gün turun son iki matçı keçirilib. “Qalatasaray” səfərdə “Konyaspor”la...
Dünya Futbolu
Neapolluların Maradona xaric sevgi göstərdiyi tək futbolçu
Neapolluların Maradona xaric sevgi göstərdiyi tək futbolçu
Diego Armando Maradonanın argentinalılar və Neopol sakinləri üçün nə qədər dəyərli olduğunu izah etmək etmək kəlmələrə sığışmaz.   Maraqlıdır ki, "Napoli"...