Millətlər Liqasının qalibi Portuqaliya oldu

Millətlər Liqasının qalibi Portuqaliya oldu

Millətlər Liqasının qalibi Portuqaliya oldu

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub.

Qolat.com-un məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib.

Öncə 3-cü yer uğrunda matç baş tutub. Gimaraynş şəhərində keçirilən qarşılaşmada İngiltərə və İsveçrə üz-üzə gəlib. Matçın 120 dəqiqəsi ərzində qapılara qol vurulmayıb. 

Üçüncü yerin taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan futbolun yaradıcıları 6:5 hesabı ilə qalib gəliblər.

Həlledici qarşılaşma isə Portunun “Draqao” stadionunda baş tutub. Meydan sahibi Portuqaliya öz meydanında Hollandiya ilə qarşılaşıb.

Finalın taleyi görüşün ikinci hissəsində həll olunub. 60-cı dəqiqədə qüvvətli zərbə ilə qol vuran Qonsalo Qedeş Portuqaliya millisinə qitəmiqyaslı turnirlərdə ardıcıl ikinci titulu qazandırıb. AVRO-2016-nın qalibi Millətlər Liqasında ilk mövsümün kubokunu başı üzərinə qaldırıb. Üç qolla final mərhələsinin bombardiri olan Kriştianu Ronaldo isə “Allpay” mükafatına yiyələnib.

Beləliklə, 2018-ci ilin sentyabrında start götürən Millətlər Liqasının 2018-19 mövsümünə yekun vurulub. Yarışın yekununda qalib komanda kuboku başı üzərinə qaldırmaqla yanaşı 10,5, finalçı 9, üçüncü yer sahibi 8, həlledici mərhələnin uğursuzu 7 milyon avro qazanc edib.

Qeyd edək ki, başa çatan Millətlər Liqasının yekunlarına, həmçinin AVRO-2020-nin seçmə mərhələsinin nəticələrinə əsasən, 16 komanda qitə çempionatının pley-off mərhələsində iştirak edəcək. Portuqaliyadakı final mərhələsinin qalibinin AVRO-2020-yə yüksəldiyini düşünənlər olsa da, yarışın əsasnaməsində belə bir bənd yoxdur. Final mərhələsinin iştirakçıları seçmə oyunlar və pley-offdan sonra bəlli olacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı
ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib. Qolat.com-un məlumatına görə, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin...
Ölkə Futbolu
“Qarabağ” və “Zirə”dən qələbə
“Qarabağ” və “Zirə”dən qələbə
Topaz Premyer Liqasında XXIV tura start verilib. Qolat.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Günün ilk matçında “Zirə”...
Dünya Futbolu
“Real” və “Barselona”dan qələbə, “Atletiko”dan ilk məğlubiyyət - İcmal
“Real” və “Barselona”dan qələbə, “Atletiko”dan ilk məğlubiyyət - İcmal
İspaniya La Liqasında növbəti oyunlar keçirilib. Qolat.com-un məlumatına görə, IV turun dörd qarşılaşması baş tutub. “Real” “Levante”ni məhsuldar keçən...
Ölkə Futbolu
“Neftçi” uduzdu, “Qarabağ”dan çempionluğa doğru daha bir addım - İcmal
“Neftçi” uduzdu, “Qarabağ”dan çempionluğa doğru daha bir addım - İcmal
Bu gün Topaz Premyer Liqasında XXVI turun oyunları keçirilib. Qolat.com-un məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub. Çempionatın lideri...