AVRO-2020: Millimiz yenə uduzdu

AVRO-2020: Millimiz yenə uduzdu

AVRO-2020: Millimiz yenə uduzdu

AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilb.

Qolat.com-un məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası növbəti qarşılaşmasına çıxıb.

Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanla üz-üzə gəlib. Bu, komandamızın tsikldə ikinci görüşü olub.

Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışsa da, bunu bacarmayıb. Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız yenə də azarkeşləri məyus edib. 

Matçdan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub. Bir dəqiqəlik sükutdan sonra oyunun start fiti verilib. 

Görüşdə hesabı Villi Orban açıb. O, 18-ci dəqiqədə fərqlənməklə, komandasının fasiləyə öndə çıxmasını təmin edib. Almaniyanın "Leypsiq" klubunda çıxış edən futbolçu ikinci hissədə də standart vəziyyətdən qapımıza yol tapıb. Bundan sonra Mahir Emreli fərqi azaltsa da, sevincimiz cəmi 1 dəqiqə çəkib. David Holman yenidən fərqi iki topa çatdırıb - 1:3. 

Rəqibin baş məşqçisi Marko Rossi oyunun sonlarında texniki zonadan uzaqlaşdırılsa da, qarşılaşma elə bu hesabla yekunlaşıb. Nəticədə N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk xalını qazanması da mümkün olmayıb.

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelslə üz-üzə gəlib. Son dünya çempionatının gümüş mükafatçısı rəqibinə 2:1 hesabı ilə qalib gəlib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Qolat.com-un məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan qarşılaşmada “Tottenhem” İngiltərədə...
Dünya Futbolu
“Qalatasaray” və “Atalanta” finalda, “Sevilya”dan darmadağın, “Real” xal itirdi - İcmal
“Qalatasaray” və “Atalanta” finalda, “Sevilya”dan darmadağın, “Real” xal itirdi - İcmal
Türkiyə kubokunda yarımfinal mərhələsi başa çatıb. Qolat.com-un məlumatına görə, cavab oyunları çərçivəsində son qarşılaşma Malatyada...
Ölkə Futbolu
Sabah tamaşaçılar Olimpiya Stadionuna haradan daşınacaqlar?
Sabah tamaşaçılar Olimpiya Stadionuna haradan daşınacaqlar?
Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsilə həyata keçiriləcək. Bakı...
Dünya Futbolu
"Beşiktaş" Fransadan müdafiəçi aldı
"Beşiktaş" növbəti transferini reallaşdırıb. Qolat.com-un məlumatına görə, İstanbul təmsilçisi Fransanın "Qenqam" klubunun sol cinah müdaiəçisi Pedro Rebeşunu...