
Dünya Futbolu
İnfantino yenidən FİFA prezidenti seçildi
Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.
Qolat.com-un məlumatına görə, iyunun 5-də Fransanın Paris şəhərində baş tutan FİFA-nın qurultayında bu vəzifə 2023-cü ilədək C.İnfantinoya həvalə olunub.
Xatırladaq ki, isveçrəli funksioner təşkilata 2016-cı ilin fevralından başçılıq edir.
Qeyd edək ki, daha əvvəl bu vəzifəni Yozef Blatter tutub. O, FİFA-nın daxili korrupsiya qalmaqalında iştirak etdiyi üçün 2015-ci ilin dekabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.
Müəllif : Qolat.com
Şərhlər (0)