“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında XXXIII tur davam edir.

Qolat.com-un məlumatına görə, tur çərçivəsində daha dörd oyun keçirilib.

Mərkəzi qarşılaşmada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”la “Başakşəhər” üz-üzə gəlib. Eyni xala malik liderlərin İstanbul derbisində “sarı-qırmızılar” əzmkar qələbə qazanıblar. 

Matçda məğlub duruma düşən Fatih Terimin yetirmələri iki qol vuraraq qalib gəlməklə xal hesabını 69-a çatdırıblar. Bu, “Qalatasaray”a sona bir tur qalmış çempionluğu təmin etmək imkanı verib. Rəqibini üç xal qabaqlayan “cim-bom” şəxsi oyunlardakı üstünlüyə görə tarixində 22-ci çempionluğu qazanıb. Bir neçə gün öncə Türkiyə kubokunu da qazanan F.Terimin komandası bununla “Qızıl dubl”a imza atıb.

Digər üç oyunda qalib müəyyənləşməyib. Turnir cədvəlindəki qonşular “Alanyaspor”la “Rizəspor” hərəyə 1 qolla bir xal qazanıb. 

Super Liqada qalmaq uğrunda mübarizə aparan “Bursaspor”la “Göztəpə”nin oyununda qol vurulmayıb. Aşağı dəstəyə yuvarlandığı rəsmiləşən “Akhisar” isə “Kayserispor”u büdrədib – 2:2.

Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
APOEL
APOEL "Qarabağ"la oyunlar üçün 21 futbolçu sifariş verdi
Kiprin APOEL komandası UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Qolat.com-un məlumatına görə,...
Dünya Futbolu
PSJ mövsümdə ilk məğlubiyyətini aldı
PSJ mövsümdə ilk məğlubiyyətini aldı
Fransa Liqa1-də II tur başa çatıb. Qolat.com-un məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib. Ötən mövsümün çempionu PSJ səfərdə...
Ölkə Futbolu
"Neftçi" bu gün "Bney Yehuda" ilə ikinci oyuna çıxır
Bakının “Neftçi” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək.  Qolat.com-un məlumatına görə, Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan...
Dünya Futbolu
AVRO-2020: İspaniya və Polşadan 4-cü qələbə
AVRO-2020: İspaniya və Polşadan 4-cü qələbə
Bu gün AVRO-2020-nin seçmə mərhələsində IV tura start verilib. Qolat.com-un məlumatına görə, beş qrupda 12 qarşılaşma keçirilib. A qrupunda Çexiya ardıcıl ikinci qələbəsini...