İlin ən yaxşı bombardirləri - Siyahı

İlin ən yaxşı bombardirləri - Siyahı

İlin ən yaxşı bombardirləri - Siyahı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Qolat.com-un məlumatına görə, cədvəldə ilin ilk dörd ayında keçirilən beynəlxalq oyunlarda ən çox qol vuranlar yer alıb.

Siyahıya milli komandada və qitə kuboklarında ümumilikdə beş və daha çox qola imza atan 29 futbolçu daxil edilib. Cədvələ Yeni Zelandiya millisinin və “Vellinqton” klubunun futbolçusu Ross Allen başçılıq edir. O, klubda vurduğu 11 qolla hamıdan öndə qərarlaşıb. İlk “üçlük”də 10 dəfə fərqlənən Ali Almoez (Qətər, “Əl-Duhayl”) və hesabında 8 qol olan Fahad Al-Muvallad (Səudiyyə Ərəbistanı, “Əl-İttihad”) da yer alıb.

Avropa təmsilçiləri arasında ən yaxşı nəticə Rəhim Sterlinqə məxsusdur. İngiltərə yığmasında da, “Mançester Siti”də də eyni sayda – 4 qol vuran oyunçu dördüncü pillədə qərarlaşıb.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
QRUPLARDA SON
QRUPLARDA SON "VƏZİYYƏT"?!
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turniri tam sürətlə...
Dünya Futbolu
“Ştutqart”ın yeni baş məşqçisi bəlli oldu
“Ştutqart”ın yeni baş məşqçisi bəlli oldu
Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisi müəyyənləşib. Qolat.com-un məlumatına görə, Ştutqartın eyniadlı təmsilçisini yeni mövsümdən Tim Valter...
Dünya Futbolu
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının final oyununun hakimləri açıqlanıb. Qolat.com-un məlumatına görə, UEFA həlledici qarşılaşmaya ispaniyalı baş hakim təyin edib. İyunun 9-da Portu şəhərində...
Ölkə Futbolu
“Neftçi”dən  yeni rekord
“Neftçi”dən yeni rekord
Bakının “Neftçi” klubu tarixinin yeni rekordlarına imza atıb. Qolat.com-un məlumatına görə, bu göstəricilər Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları...