
Dünya Futbolu
“Real” və “Xetafe”dən inamlı qələbə - İcmal
İspaniya La Liqasında XXXIII tura yekun vurulub.
Qolat.com-un məlumatına görə, turun son günündə 5 qarşılaşma keçirilib.
“Real” öz meydanında “Atletik”i darmadağın edib. Madridlilərin hər üç qoluna Kərim Benzema imza atıb.
“Xetafe” də “Sevilya”nı üç qolla keçib. Çempionlar Liqasına vəsiqəyə daha bir iddialı – “Valensiya” isə Sevilyanın digər təmsilçisi “Betis”i məğlub edib.
“Vilyarreal” “Leqanes” üzərində qələbə ilə təhlükəli zonadan uzaqlaşıb. Günün yeganə heç-heçəsi hərəyə iki qol vuran “Levante” və “Espanyol”un görüşündə qeydə alınıb.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 23-25-də keçiriləcək.
Müəllif : Qolat.com
Şərhlər (0)