ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı

ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı

ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Qolat.com-un məlumatına görə, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 16-cı dəqiqədə kataloniyalıların hücumçusu Lionel Messi açıb. Cəmi 4 dəqiqə sonra Messi hesabda fərqi artırıb.

Oyunun son qolunu 61-ci dəqiqədə uzaq məsafədən zərbə ilə Filipe Koutinyo vurub.

Xatırladaq ki, komandalar arasında ilk oyun kataloniyalıların 1:0 hesabı ilə yekunlaşıb. Beləliklə, “Barselona” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Turnirin digər ¼ final oyunu İtaliyada keçirilib. “Yuventus” Hollandiyanın “Ayaks” klubunu qəbul edib.

Matç qonaq komandanın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kristiano Ronaldonun 28-ci dəqiqədə vurduğu qola, hollandiyalılar 34-cü (Van de Bek) və 67-ci (Matteys de Liqt) dəqiqələrdə cavab verib.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Ayaks" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Milli komanda yenə məğıub oldu...
Milli komanda yenə məğıub oldu...
Dünya Çempionatının seçmə mərhələsinin A qrupunda mübarizə aparan milli komandamız növbəti - üçüncü qarşılaşmasında Lüksemburq millisinin səfərdə qonağı...
Dünya Futbolu
Lewandowski məğlubiyyət acısı yaşadı.
Lewandowski məğlubiyyət acısı yaşadı.
Avropa Çempionatının E qrupunun ilk qarşılaşması Polşa və Slovakiya millilərinin arasında baş tutub. Ruminiyalı hakim Ovidiu Hateganın idarə etdiyi matç qızğın mübarizə şəraitində...
Ölkə Futbolu
Jorge Correa Bakı klubunda!
Jorge Correa Bakı klubunda!
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. "Ağ-qaralar" Portuqaliyanın "Maritimu" klubundan ayrılan Jorge Correa ilə müqavilə bağlayıb. Bu barədə klub...
Dünya Futbolu
Ronaldo: “Messi ilə karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”
Ronaldo: “Messi ilə karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”
“Nəzərə alsaq ki, Lionel Messi məndən 2 yaş kiçikdir, hər ikimizin karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”.  Qolat.com-un məlumatına görə, bunu Portuqaliya millisinin və...