Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı

Futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.

Qolat.com-un məlumatına görə, dekabrın 11-21-də Qətərdə təşkil olunacaq yarışın püşkatması İsveçrənin Sürix şəhərində baş tutub.

7 klubun mübarizə aparacağı turnir yerli “Əl-Sədd” və Yeni Kaledoniya təmsilçisi “Yeqen Sport” arasında matçla başlayacaq.

Qalib komanda 1/4 finalda Meksikanın “Monterrey” klubu ilə üz-üzə gələcək. Bu mərhələnin digər görüşündə Tunis “Esperans”ı Asiya Çempionlar Liqasının hələ dəqiqləşməyən qalibi ilə görüşəcək. Bu komandanın adı noyabrda bilinəcək.

Avropanın ən güclüsü “Liverpul” yarımfinaldan mübarizəyə qoşulacaq. İngiltərə təmsilçisi 1/4 finalın 1-ci cütünün qalibi ilə qarşılaşacaq.

Cənubi Amerikanı təmsil edəcək Libertadores kubokunun qalibinin rəqibi Afrika və Asiya klublarının duelində qalib gələn tərəf olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İspaniya “Real”ı olub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Zidan “Real Madrid”dən gedir?
Zidan “Real Madrid”dən gedir?
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər. Qolat.com-un məlumatına görə, Madrid klubunun rəhbərliyi İngiltərə təmsilçisi...
Ölkə Futbolu
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qolat.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri
BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri
BIZON Student Cup'da qeydiyyat yekunlaşdı, beləliklə bütün komandalar qeydiyyatlarını yekunlaşdıraraq turnirdə iştiraklarını rəsmiləşdirdilər.  Bu gün 32 komandanın kapitanına rəsmi...
Dünya Futbolu
"Bavariya" yoldaşlıq görüşündə 23 qol vurdu
Almaniya "Bavariya"sı yoxlama matçında eyni ölkənin "Rottaq-Eqern" klubu ilə qarşılaşıb. Qolat.com-un məlumatına görə, qarşılaşma Münhen təmsilçisinin 23:0...