Qrizmanın "Barselona"ya keçidi ilə bağlı araşdırma başladı

Qrizmanın

Qrizmanın "Barselona"ya keçidi ilə bağlı araşdırma başladı

Fransa milli komandasının futbolçusu Antuan Qrizmanın İspaniya təmsilçiləri“Atletiko”dan “Barselona”ya keçidi ilə bağlı araşdırma başlanıb.

Qolat.com-un məlumatına görə, İspaniya Kral Futbol Federasiyası Kataloniya təmsilçisinin oyunçu ilə danışıqları qaydalar çərçivəsində aparıb-aparmadığını müəyyənləşdirməyi zəruri sayıb.

Buna “Atletiko” rəhbərliyinin quruma şikayət etməsi səbəb olub. Madrid klubu “Barselona”nın futbolçu ilə qaydalarla icazə verilən vaxtdan əvvəl danışığa başlamasından narazıdır.

Məhz bu səbəbdən 28 yaşlı futbolçunun keçidi 200 milyon deyil, 120 milyon avroya başa gəlib. “Atletiko” da həmin 80 milyonun verilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, 2014-cü ildən “Atletiko”da çıxış edən A.Qrizman bu müddətdə 180 oyuna 94 qol vurub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunu qazandı
Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Qolat.com-un məlumatına görə, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan “Qalatasaray”...
Dünya Futbolu
Əlcəzair 29 ildən sonra Afrika çempionu oldu
Əlcəzair 29 ildən sonra Afrika çempionu oldu
Misirdə keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub.  Qolat.com-un məlumatına görə, yarışın son günündə final oyunu keçirilib.  Həlledici görüşdə...
Dünya Futbolu
La Liqa:
La Liqa: "Real"dan qələbə, “Valensiya”dan darmadağın
İspaniya La Liqasında XXXVI tur başa çatıb. Qolat.com-un məlumatına görə, turun son günündə 5 qarşılaşma keçirilib. “Real” beş qolun vurulduğu matçda...
Dünya Futbolu
Ronaldo villasını komanda yoldaşına 1,2 milyon ucuz satdı
Ronaldo villasını komanda yoldaşına 1,2 milyon ucuz satdı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kristiano Ronaldo villasını endirimli qiymətlə Portuqaliya millisində komanda yoldaşı olan Pepeyə satıb. Qolat.com-un məlumatına görə,...