Messi "Barselona"da 600-cü qolunu vurdu

Messi

Messi "Barselona"da 600-cü qolunu vurdu

Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, "Barselona"da 600-cü qolunu vurub.

Qolat.com-un məlumatına görə, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində “Albasete"nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Barselona” autsayderlə bacarmadı,
“Barselona” autsayderlə bacarmadı, "Atletiko" və "Sevilya"dan qələbə
İspaniya La Liqasında XXXII tur başlayıb. Qolat.com-un məlumatına görə, turun ikinci günündə 4 oyun keçirilib. Günün sensasiyası “Barselona”nın matçında qeydə...
Ölkə Futbolu
“MARSOL Mini Futbol Turniri 2021
“MARSOL Mini Futbol Turniri 2021
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL üzv şirkətləri arasında...
Dünya Futbolu
"Barselona"dan Messiyə müddətsiz müqavilə təklifi
“Barselona” komandanın kapitanı Lionel Messiyə karyerasının sonuna qədər müqavilə təklif edib. Qolat.com-un məlumatına görə, Kataloniya təmsilçisi 32 yaşlı hücumçu ilə...
Dünya Futbolu
Türkiyənin yeni məşqçisinin adına aydınlıq gəldi
Türkiyənin yeni məşqçisinin adına aydınlıq gəldi
Türkiyə Futbol Federasiyası Şenol Günəşin gedişindən sonra boşalan baş məşqçi postuna alman mütəxəssis Stefan Kuntzu gətirib.  Bir dönəmlər futbolçu kimi...