Avropa Liqasında yarımfinalçılar bəlli oldu - İcmal

Avropa Liqasında yarımfinalçılar bəlli oldu - İcmal

Avropa Liqasında yarımfinalçılar bəlli oldu - İcmal

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Qolat.com-un məlumatına görə, cavab oyunları çərçivəsində 4 matç baş tutub.

Mübarizəni davam etdirən hər iki İngiltərə klubu qələbə ilə yarımfinala yüksəlib. “Çelsi” Çexiyada məğlub etdiyi “Slaviya”nı cavab görüşündə də qələbə qazanıb. Yeddi topun vurulduğu qarşılaşmada ilk 27 dəqiqədə 5 qol qeydə alınınb. “Arsenal” isə Londonda olduğu kimi İtaliyada da “Napoli” üzərində qələbəyə sevinib.

Yarımfinala digər iki vəsiqə “Valensiya” və “Ayntraxt”a nəsib olub. Sonuncular Portuqaliyada məğlub olduqları “Benfika”dan revanş ala biliblər. Almaniya klubu vurduğu iki cavabsız qolla yarımfinala yüksəlib. “Yarasalar” isə İspaniya duelində “Vilyarreal”a ikinci dəfə qalib gəlib.

Bu oyunlardan sonra yarımfinal cütləri müəyyənləşib. Mayın 2-də və 9-da keçiriləcək mərhələdə “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” cütləri qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının 2018/19 mövsümünün final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Aston Villa"dan transfer rekordu!
İngiltərə Premyer Liqasında mübarizə aparan "Aston Villa", "Norwich City" klubdan Emiliano Buendianı transfer edib. Ötən mövsüm Çempionşipdə "İlin...
Dünya Futbolu
DÇ-2022-nin loqosu təqdim edildi
DÇ-2022-nin loqosu təqdim edildi
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının loqosu müəyyənləşib. Qolat.com-un məlumatına görə, rəsmi loqo Qətərin paytaxtı Dohada təşkil olunan xüsusi...
Ölkə Futbolu
"Arsenal"-"Neftçi" matçında anşlaq gözlənilir
Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam...
Dünya Futbolu
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Qolat.com-un məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan qarşılaşmada “Tottenhem” İngiltərədə...