“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah”ın baş məşqçisi istefa verdi

Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

Qolat.com-un məlumatına görə, "Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib. 

Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan E. Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, bu, mövsümdə ikinci istefadır. Bundan öncə “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan ayrılmışdı.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Milan" avrokuboklardan kənarlaşdırıldı
UEFA-nın maliyyə feyr-pleyi qaydalarını pozan İtaliyanın “Milan” klubu avrokuboklardan kənarlaşdırılıb. Qolat.com-un məlumatına görə, İdman Arbitraj Məhkəməsi aparılan araşdırmalardan...
Dünya Futbolu
Gürcü futbolçu
Gürcü futbolçu "Milan" yolunda...
İtaliyanın "Milan" klubu "Rubin Kazan"ın gürcü futbolçusu Khvicha Kvaratskhelianın transferini yekunlaşdırmaq üzrədir. 20 yaşlı sol cinah yarımmüdafiəçisi son...
Ölkə Futbolu
Jorge Correa Bakı klubunda!
Jorge Correa Bakı klubunda!
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. "Ağ-qaralar" Portuqaliyanın "Maritimu" klubundan ayrılan Jorge Correa ilə müqavilə bağlayıb. Bu barədə klub...
Ölkə Futbolu
Çempionlar Liqası: “Qarabağ” APOEL-ə qalib gəldi
Çempionlar Liqası: “Qarabağ” APOEL-ə qalib gəldi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Qolat.com-un məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu Kiprin APOEL klubunun...