"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif edib

"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif edib

İspaniyanın "Real Madrid" klubunun Fransa PSJ-sində çıxış edən Neymara təklif etdiyi illik məvacib bəlli olub.

Qolat.com-un məlumatına görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres 27 yaşlı hücumçuya 5 illik sözləşmə ilə illik 40 milyon avro təklif edib. Bildirilib ki, braziliyalı oyunçu hələ ki, bu təklifə cavab verməyib. 

İspaniyanın digər nəhəng klubu "Barselona"nın isə Neymar üçün klubuna 250 milyon avro təklif etdiyi iddia olunur. Ulduz futbolçu "Real Madrid"in təklifinə müsbət cavab versə, Messidən sonra ən çox məvacib alan oyunçu olacaq. 

Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. Neymar daha öncə Paris klubunun rəhbərliyinə ayrılmaq istədiyini bildirib. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının final oyununun hakimləri açıqlanıb. Qolat.com-un məlumatına görə, UEFA həlledici qarşılaşmaya ispaniyalı baş hakim təyin edib. İyunun 9-da Portu şəhərində...
Dünya Futbolu
“Bursaspor” və “Monpelye”dən səfər qələbəsi - İcmal
“Bursaspor” və “Monpelye”dən səfər qələbəsi - İcmal
Türkiyə Super Liqasında XXXII tura start verilib. Qolat.com-un məlumatına görə, turun ilk günündə bir oyun keçirilib. “Antalyaspor” öz meydanında “Bursaspor”u...
Dünya Futbolu
Neymar ağladı
Neymar ağladı
Braziliya milli komandasının futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib. Qolat.com-un məlumatına görə, 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət...
Dünya Futbolu
Zidanın oğlu “Real”dan ayrılır
Zidanın oğlu “Real”dan ayrılır
“Real”ın qapıçısı Luka Zidan yay “transfer pəncərəsi”ndə klubunu dəyişəcək.  Qolat.com-un məlumatına görə, komandanın baş məşqçisi Zinəddin Zidanın oğlu...