MARSOL Mini Futbol turniri 1/4 Final mərhələsi

Nurlan Ağayev 05 Yanvar, 2026

 

28.12.2025 tarixində MARSOL Mini Futbol Turnirinin 1/4 final mərhələsi baş tutdu və komandalar yarımfinala vəsiqə uğrunda gərgin mübarizə apardılar. Günün qarşılaşmaları həm qolların bolluğu, həm də meydandakı yüksək temp ilə yadda qaldı.

Oynanılan matçların nəticələri:

1️⃣ Birbank Biznes 7–1 Sahibkarlar
Birbank Biznes turnirin ən təsirli oyunlarından birinə imza ataraq inamlı qələbə qazandı.

2️⃣ STP Polymer 0–3 SOCAR Gipro
SOCAR Gipro soyuqqanlı və nizamlı oyunu ilə növbəti mərhələyə adladı.

3️⃣ KOBİA 9–1 Elektro Mall
KOBİA günün ən məhsuldar oyununu nümayiş etdirərək yarımfinala yüksəldi.

4️⃣ PMD Projects 1–4 Global Logistics
Global Logistics intizamlı oyunu ilə mərhələnin sürprizlərindən birinə imza atdı.

Bu nəticələrlə yarımfinala yüksələn komandalar artıq kubok uğrunda mübarizəni bir qədər də qızışdırmış oldular.

Turnir davam edir – qarşıdakı oyunlar daha böyük həyəcan və maraq vəd edir!

 

Paylaş