MARSOL Minifutbol turnirinin 1/4 Final oyunları

Nurlan Ağayev 25 Dekabr, 2025

 

QOLAT Sport Service-nin təşkilatçılığı ilə keçirilən  MARSOL Mini futbol turniri  növbəti mərhələyə  - 1/4 final oyunlarına start verir. Turnir boyunca yüksək mübarizə əzmi göstərən komandalar bu mərhələdə yarımfinala vəsiqə qazanmaq üçün qarşılaşacaqlar.

1/4 final mərhələsində müxtəlif sahələri təmsil edən komandalar arasında maraqlı və gərgin oyunların keçiriləcəyi gözlənilir. Hər bir qarşılaşma turnirin ən güclü komandalarını müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

1/4 final oyunlarının cədvəli:

PMD Projects 10:00  Global Logistic
Sahibkarlar     11:00  Birbank Biznes
Elektro Mall    12:00  KOBİA
STP Polymer  13:00  SOCAR Gipro

Qeyd edək ki, MARSOL Mini futbol turniri korporativ sektor nümayəndələri arasında sağlam rəqabətin, komanda ruhunun və idman mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.

QOLAT olaraq bütün iştirakçı komandalara uğurlar arzulayır, futbolsevərləri bu maraqlı 1/4 final oyunlarını izləməyə dəvət edirik. Turnirlə bağlı növbəti məlumatlar saytımızda mütəmadi olaraq paylaşılacaq.

Paylaş