Azərbaycanlı futbolçu Kosovada

Nurlan Ağayev 03 Sentyabr, 2025

Transfer xəbəri!

QOLAT Sport Service & Football Agency olaraq ölkə xaricinə ilk transferimizi qürurla təqdim edirik.

Belə ki, 25 yaşlı yarımmüdafiəçi Elmir Tağıyevin Kəpəz futbol klubundan Kosovo premyer liqa klubu Drenica futbol klubuna transferini rəsmiləşdirdik.

Şirkətimizin əsas məqsədlərindən biri və ən əsası, yerli futbolçularımızı ölkə xaricinə çıxardaraq, onların inkişafına şərait yaratmaq və ölkə futboluna xidmət etməkdir.

Xarici ölkələrdəki rəsmi agentlərlə əməkdaşlıq edərək, bu yolda əmin addımlarla irəliləyirik.

Paylaş