"Birlik Cup" uşaq futbol kuboku
QOLAT Sport Service-nin təşkilatçılığı, Məlhəm Beynəlxalq Hospitalın sponsorluğu ilə "Birlik Cup" uşaq futbol kuboku II təşkil olundu. Uşaq futbol məktəbləri arasında baş tutan çempionatda 14 komanda mübarizə aparırdı. Komandalar hər qrupda 7 komanda olmaqla 2 qrupda mübarizəyə qoşuldular. Hər qrupda ilk 4 yer tutan komandalar növbəti mərhələyə yüksəldi. Turnirin yarımfinal mərhələsinə Tekin FC, Təhsil 8 TİM, Zəfər FK və Step futbol məktəbi yüksəldi. Yarımfinal oyunlarından rəqiblərindən güclü olan Tekin FC və Step kollektivləri finala vəsiqə qazandılar. Həlledici oyunda Tekin FC rəqibini 5-4 hesabı ilə məğlub edərək turnirin çempionluq titulunun sahibi oldular. III yer uğrunda görüşdə isə Zəfər Fk penalti zərbələrində Təhsil 8 TİM komandasından güclü olmağı bacardılar.
Turnirdə iştirak edən bütün komandalara təşəkkür edir və növbəti turnirlərdə uğurlar arzu edirik.