www.qolat.com vebsaytında təqdim olunan xidmətlərdən istifadə edərək və məhsulları əldə edərək, Siz “QOLAT Sport Services” MMC-yə (bundan sonra “Şirkət”) öz fərdi məlumatlarınızı təqdim edirsiniz və bu Məxfilik Siyasətində qeyd olunan şərtlərlə razılaşırsınız.
Şirkətimiz hər zaman istifadəçilərin fərdi məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşır. Bu Məxfilik Siyasəti www.qolat.com vebsaytının istifadəçilərindən əldə olunan fərdi məlumatların qanunvericiliklə və hazırkı Məxfilik Siyasəti ilə müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülməməsini dəstəkləyir.
Şirkət aşağıdakı hallarda www.qolat.com vebsaytında qeydiyyatdan keçən və/və ya məhsullar əldə edən istifadəçilər (alıcılar) tərəfindən təqdim olunan müxtəlif məlumatları əldə edir:
İstifadəçilər tərəfindən təqdim olunan məlumatlara ad, soyad, ata adı, şəxsiyyəti təsdiq edən sənəd üzrə məlumatlar, telefon nömrəsi, email və s. də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, yuxarıda qeyd olunan hallar zamanı təqdim olunmuş istənilən məlumat aid edilir.
Şirkət əldə olunan məlumatları kommersiya məqsədləri və aşağıda qeyd olunan məqsədlər üçün istifadə edir:
Şirkət əldə olunan məlumatları yalnız kommersiya məqsədləri, həmçinin Şirkətin xidmətlərini tam və keyfiyyətlə göstərməsi məqsədilə üçüncü şəxslərə ötürə bilər.
Şirkətə məxsus www.qolat.com vebsaytında digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Şirkət həmin saytların məxfiliyinə görə məsuliyyət daşımır və istifadəçilərə digər səhifələrə baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağını məsləhət görür. Bu Məxfilik Siyasəti yalnız www.qolat.com vebsaytında toplanılan məlumatlara şamil olunur.
www.qolat.com vebsaytında məhsulların sifarişi, alışı zamanı ödənişin edilməsi/balansın artırılması tələb olunarsa, bu halda istifadəçi müvafiq ödənişin edilməsi/balansın artırılması üçün avtomatik olaraq Şirkətin əməkdaşlıq etdiyi təşkilata məxsus linkə yönləndirilir və heç bir halda istifadəçinin bank hesablarına dair fərdi məlumatları əldə etmir, müvafiq təşkilatın belə fərdi məlumatları toplamasına, istifadə etməsinə və ötürməsinə görə heç bir halda məsuliyyət daşımır.
İstifadəçiyə aid fərdi məlumatlar www.qolat.com vebsaytından istifadə zamanı xidməti/məhsulu təqdim edən quruma ötürülür.
Şirkətin www.qolat.com vebsaytından istifadə edərək Siz məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz.