BİZON Volleyball Cup başa çatdı
“BİZON Students Sport Festival” çərçivəsində təşkil olunan Çimərlik Voleybolu turnirinin çempionu bəlli oldu. 16 koamdanın iştirakı ilə başlayan turnir tələbələr arasında təşkil edildi. Turnirin keçirilməsində əsas məqsəd tələbələrinin asudə vaxtlarını səmərəli şəkildə keçirməsini təmin etmək və sağlam həyat tərzinin təbliğidir. Final günündə ilk öncə III yer uğrunda görüş baş tutdu. Bürünc medal uğrunda görüşdə ALİSHAR komandası Class Edu kollketivini məğlub etdi. Final oyununda isə turnirin favorit komandası UniDream, rəqibi GLC kollektivini hər iki setdə məğlub edərək kubokun sahibi oldular.
Mükafatçıları və digər komandalara növbəti turnirlərdə uğurlar arzu edirik.