Atalar və Övladlar
QOLAT Sport Services tərəfindən təşkil olunan “Atalar və Övladlar” futbol yarışı 26 sentyabr tarixində Azadlıq AZFAR Stadionunda keçiriləcək.
Yarışın əsas məqsədi atalar və övladlar arasında sağlam həyat tərzinin və idmana marağın təşviqi, ailəvi ünsiyyətin gücləndirilməsi və birlikdə xoş vaxt keçirilməsinin təmin olunmasıdır.
Yarış çərçivəsində ata və övladlardan ibarət komandalar futbol meydanında öz bacarıqlarını nümayiş etdirəcək, həm idman mübarizəsi aparacaq, həm də birlikdə unudulmaz xatirələr yaşayacaqlar.
📅 Tarix: 26 sentyabr
📍 Məkan: Azadlıq AZFAR Stadionu
👨👦 Komanda: 1 ata + 1 övlad
🏆 Format: Liqa sistemi
Övladınızla birlikdə bu xüsusi idman gününün iştirakçısı olun və həm komanda yoldaşı, həm də ən böyük dəstəkçisi olduğunuzu meydanda göstərin.