Villarreal CF Camp Baku Qalibi

Nurlan Ağayev 22 Avqust, 2026

Villarreal CF Camp Baku-da qalib müəyyənləşdi:🏆⚽


Bakıda 3 gün ərzində keçirilən Villarreal CF Camp Bakı futbol düşərgəsi başa çatıb. Düşərgənin qalibi də artıq müəyyənləşib. Düşərgə iştirakçılar üçün həm peşəkar məşq prosesi, həm də beynəlxalq səviyyədə öz bacarıqlarını nümayiş etdirmək baxımından mühüm imkan yaradıb.


Düşərgə müddətində iştirakçılar Villarreal CF məşqçilərinin rəhbərliyi altında müxtəlif məşq proqramlarında iştirak edib, texniki və taktiki bacarıqlarını nümayiş etdiriblər. Futbolçuların hazırlığı, meydandakı davranışı, fərdi keyfiyyətləri və məşqlər zamanı göstərdikləri performans xüsusi diqqətlə qiymətləndirilib. Keçirilən seçimlər və yekun qiymətləndirmənin nəticələrinə əsasən Əli Hüseynli yüksək performansı ilə fərqlənərək Villarreal CF Camp Bakı-nun qalibi olub. 🏆🟨🟦


Əli Hüseynli düşərgə boyunca nümayiş etdirdiyi futbol bacarığı, əzmkarlığı və meydandakı performansı ilə məşqçilərin diqqətini cəlb edib. Bu nəticə gənc futbolçunun inkişaf yolunda mühüm mərhələ olmaqla yanaşı, onun qarşıdakı daha böyük hədəfləri üçün də əhəmiyyətli motivasiya mənbəyidir.Villarreal CF Camp Baku gənc futbolçuların beynəlxalq futbol standartlarına uyğun məşq keçməsi, təcrübə qazanması və öz potensialını nümayiş etdirməsi baxımından mühüm platforma rolunu oynayıb.


QOLAT SPORT SERVICE olaraq Əli Hüseynlini qazandığı uğur münasibətilə təbrik edir, futbol karyerasında ona yeni nailiyyətlər və daha böyük uğurlar arzulayırıq. ⚽🏆🟥

Paylaş