FİNAL

Nurlan Ağayev 22 İyul, 2026

BİZON Student Cup IV – Böyük Final Həyəcanı!

26 iyul 2026-cı il tarixində BİZON Student Cup IV turnirinin möhtəşəm Final mərhələsi baş tutacaq. Futbolsevərləri, iştirakçıları və azarkeşləri unudulmaz idman atmosferi, maraqlı anlar və həyəcan dolu qarşılaşmalar gözləyir.

Final oyunlarından əvvəl saat 07:00-dan etibarən Fan Zona-da müxtəlif əyləncəli və interaktiv tədbirlər təşkil olunacaq. İştirakçılar üçün hazırlanan xüsusi proqram çərçivəsində keçiriləcək yarış və fəaliyyətlərdə fərqlənən qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Günün ilk böyük qarşılaşmasında saat 08:00-da Gilli FC Gənclərbirliyi MFK komandaları turnirin 3-cü yeri uğrunda meydanda mübarizə aparacaqlar. Gərgin və maraqlı keçəcəyi gözlənilən bu qarşılaşma azarkeşlərə yüksək səviyyəli futbol nümayiş etdirəcək.

Bundan sonra isə turnirin ən həyəcanlı anı – BİZON Student Cup IV final oyunu başlayacaq. Saat 09:00-da Novarro AcademyMarmara Group komandaları çempionluq uğrunda qarşı-qarşıya gələcəklər. İki güclü komandanın mübarizəsi turnirin qalibini müəyyənləşdirəcək və futbol bayramına möhtəşəm final ab-havası qatacaq.

Final qarşılaşmasının ardından qalib komandalar, turnirin fərqlənən iştirakçıları və mükafat sahibləri təntənəli mərasimlə təltif olunacaqlar.

BİZON-un baş sponsorluğu və QOLAT-ın təşkilatçılığı ilə sizi gələcəkdə keçiriləcək BİZON Student Cup kimi möhtəşəm futbol turnirlərimizdə iştirak etməyə və bu böyük idman həyəcanının bir parçası olmağa dəvət edirik.

Paylaş