Sığorta Sektoru Minifutbol turniri başlayır
QOLAT Sport Service-nin təşkilatçılığı ilə Sığorta Sektoru Minifutbol Turniri 5 aprel tarixində start götürəcək.
Turnir, sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, komanda ruhunun artırılması, sağlam həyat tərzinin təşviqi və korporativ münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə təşkil olunur.
Yaşıl meydanda rəqabət, meydandan kənarda isə birlik və dostluq prinsipləri əsas götürüləcək.
Bütün komandalara uğurlar arzu edirik. 🏆⚽