QOLAT Sport Services olaraq, “Atalar və Övladlar” yarışımızın əhəmiyyəti.
Uşaq sahibi olan, idmanı sevən, amma övladını tez-tez dayəyə/nənəyə/qohuma verən və onunla az vaxt keçirən valideynlər üçün 
Uşağınızın İdman Gələcəyinin əsl məşqçisi kimdir? Məşqçi deyil… Sizsiniz.
Uşaq idmana ilk addımını harada atır?
Cavab sadədir: Evdə,Ailədə, Valideynin düşüncəsində.
Araşdırmalar açıq şəkildə göstərir ki: Valideyn sadəcə uşağı məşqə aparan, aylıq ödəniş edən, doğum günü tədbirlərində tanışlıq qurmağa çalışan biri deyil — uşağın idmanla psixoloji münasibətinin memarıdır.
Zamanla iki tip valideynlə qarşılaşdığımı gördüm:
1) Azadlıq verən, prosesə fokuslanan valideyn →
Uşaq idmanı sevir, daxili motivasiya formalaşdırır, uzun müddət idmanda qalır.
2) Təzyiq edən, müqayisə edən, yalnız nəticəni soruşan valideyn →
Qısa müddətdə performans yüksələ bilər, amma orta müddətdə tükənmişlik və idmanı tərk etmə riski artır.
İdmançı bir nəslin yetişməsi üçün həyati əhəmiyyət daşıyan valideyn fərqindəliyi hələ də çatışmır.
Bu sadə fərq isə hər şeyi dəyişir:
“Qazandın? Neçə qol vurdun?”
Nəticə yönümlü, təzyiq yaradan mühit
“Əyləndin? Nə öyrəndin? Dünəndən daha yaxşı idinmi?”
Proses yönümlü, inkişafı dəstəkləyən mühit
Valideynlər olaraq bugün özümüzə səmimi şəkildə soruşmalıyıq:
“Mən övladımın idmana baxışını dəstəkləyən bir memaram, yoxsa fərqinə varmadan təzyiq yaradan bir nəzarətçi?”
İdman övladınızı “ulduz futbolçu” və ya başqa bir sahədə “ulduz” etməyə borclu deyil.
Amma onu daha sağlam, daha güclü və daha dözümlü bir insan etmə gücünə mütləq sahibdir.
Bəlkə də bundan sonra övladınızın oyununa və ya məşq etdiyi idman növünün yarışına gedərkən tribunaya sadəcə azarkeş kimi deyil, onun daxili motivasiyasını formalaşdıran “görünməz məşqçi” kimi oturmaq daha doğru olar.