MARSOL Minifutbol Turniri 2025-in Rəsmi Tibbi Tərəfdaşı – Modern Hospital-a Təşəkkür Edirik!
MARSOL Minifutbol Turniri 2025 boyunca iştirakçıların sağlamlığı, təhlükəsizliyi və rahatlığı bizim üçün əsas prioritetlərdən biri olub. Bu istiqamətdə göstərilən peşəkar dəstəyə görə turnirin rəsmi tibbi tərəfdaşı Modern Hospital-a xüsusi təşəkkürümüzü bildiririk.
Modern Hospital-ın turnir ərzində təqdim etdiyi yüksək səviyyəli tibbi xidmət, operativ müdaxilə imkanları və peşəkar personalı sayəsində bütün oyunlar daha təhlükəsiz və etibarlı şəkildə həyata keçirildi. Onların dəstəyi turnirin keyfiyyətinə və iştirakçıların rahatlığına böyük töhfə verdi.
MARSOL ailəsi adından Modern Hospital komandasına səmimi təşəkkür edirik və gələcək layihələrdə də birgə əməkdaşlığımızın davam edəcəyinə inanırıq.