MARSOL Minifutbol Turniri 2025 – Qrup Mərhələsi Başa Çatdı!

Nurlan Ağayev 09 Dekabr, 2025

MARSOL Minifutbol Turniri 2025-in qrup mərhələsi rəsmi olaraq yekunlaşdı. Turnir boyunca meydanda sərgilənən mübarizə, komanda ruhu və fair-play prinsipləri turnirin nə qədər yüksək səviyyədə keçdiyini bir daha göstərdi.

Bu mərhələdə turnirdə çıxış edən bütün komandalara təşəkkür edirik. Qrupdan adlamaq şansı əldə etməsələr belə, onların göstərdiyi əzmkarlıq, mübarizə əzmi və turnirə qatdığı dəyər bizim üçün çox önəmlidir. Hər biriniz MARSOL ailəsinin vacib bir hissəsisiniz!

Eyni zamanda, 1/8 final mərhələsinə vəsiqə qazanan komandaları ürəkdən təbrik edirik! Qarşıdakı həlledici oyunlarda onlara uğurlar arzu edirik. Ümid edirik ki, bu mərhələ də ən az qrup oyunları qədər həyəcanlı, rəqabətli və idman ruhu ilə zəngin olacaq.

MARSOL Minifutbol Turniri 2025 – mübarizə yeni başlayır!

Paylaş