MARSOL Minifutbol Turniri 2025-də qrup mərhələsi başa çatdı

Nurlan Ağayev 08 Dekabr, 2025

“MARSOL Minifutbol Turniri 2025”də həyəcanlı qrup mərhələsi yekunlaşıb. 7 dekabr tarixində keçirilən III tur qarşılaşmaları ilə bütün suallara aydınlıq gəlib və komandaların 1/8 finala yüksələn tam siyahısı müəyyən olunub.

Qrup oyunları boyunca komandalar yüksək əzmkarlıq, mübarizə ruhu və keyfiyyətli oyun nümayiş etdiriblər. Hər turun nəticələri turnirin həyəcanını daha da artıraraq azarkeşlərə unudulmaz futbol anları yaşadıb.

Üç turun yekununda turnirdə iştirak edən komandalar arasında 16 klub qalibiyyət əzmini qoruyaraq növbəti mərhələyə – 1/8 finala vəsiqə qazanıb. Digər komandalar isə layiqli mübarizə aparmalarına baxmayaraq, turnirlə vidalaşıblar.

1/8 final mərhələsində komandaları daha gərgin, daha rəqabətli və yüksək tempdə oyunlar gözləyir. Təsnifat mərhələsinin cütlükləri və oyun cədvəli yaxın günlərdə elan ediləcək.

Turnir təşkilatçıları bütün iştirakçılara təşəkkür edir, növbəti mərhələdə yarışacaq komandalara isə uğurlar arzulayır.

Paylaş